“İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir” – Sensasion bəyanat

"İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir".
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
BAXCP sədri həmçinin bildirib ki, bəzi iqtidar təmsilçilərinin iqtidarın maraqlarına xidmət etməyib, açıqdan-açığa ona zərər vuran bəyanatlarla çıxış etmələri onu təəccübləndirmir: “Çoxları bilir ki, onlar iqtidarda kimin əlaltısına çevriliblər, onun tapşırıqlarını icra edirlər. Bu açıqlamalar 11 sentyabrda siyasi partiyaların, aparıcı QHT və KİV rəhbərlərinin “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçiriləcək tədbiri pozmağa, seçki öncəsi iqtidarı daxildə və beynəlxalq aləmdə çirkin və qanunsuz işlərin müəllifi, korrupsiyaya bulaşmış bir komanda kimi biabır etməyə hesablanıb. Zaman-zaman biz iqtidar daxilində qudurub həddini aşan və Prezidentə meydan oxumaq fikrinə düşən şəxslərin hansı taleyi yaşadıqlarının şahidi olmuşuq. Atalar sözü var: “Quduran 40 gün yaşayar””.
Q.Həsənquliyevin sözlərinə görə, indi növbəti dəfə iqtidarda özünütəmizləmə işinə başlanılmasının zamanı çatıb. Əgər bu gün bu edilməsə, gələcəkdə proses daha ağrılı və çətin olacaq. İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir: ““MTN işi”nin məntiqi sonluğa çatmaması bəzilərini cürətləndirib. Onlar payızda fit müxalifətindən istifadə edərək sabitliyi pozmaqla istədiklərinə nail olacaqlarına kökləniblər”.
Xatırladaq ki, bundan əvvəl hakim Yeni Azərbaycan Partiyasından bir neçə deputat eyni vaxtda məlumat gündəmini pozan qalmaqallı açıqlamalar vermişdilər. Belə ki, deputat Siyavuş Novruzov keçmiş nazirləri “milyardlar toplamaqda və indi hökuməti müdafiə etməkdən imtina etməkdə” ittiham etmişdi. YAP-dan ikinci deputat Eldar İbrahimov isə hakimiyyət tərəfinə keçmiş bütün keçmiş müxalifətçiləri düşmən adlandırmışdı.
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-09-2019, 21:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-09-2019, 21:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:05
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır