“Türkiyə və Kipr türkləri yox sayılırsa, heç bir layihə reallaşa bilməz” – Ərdoğan

“Şərqi Aralıq dənizindəki karbohidrogen yataqlarındakı araşdırma fəaliyyətlərimizi davam etdirməkdə qərarlıyıq və bu qərarımızdan geri çəkilmək niyyətində deyilik. Çünki Türkiyə öz hüquqlarını necə müdafiə edirsə, Kipr türklərinin haqlarını da elə qoruyacaq”.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının baş naziri Ersin Tatar ilə Ankaradakı birgə görüşündə bu fikirləri səsləndirib.
Türkiyə prezidenti bildirib ki, “dünən Kipr türklərini qanlarına qəltan edib adanı ələ keçirməyə çalışanlar bu gün siyasi və iqtisadi sahəyə hücumları ilə eyni məqsədə xidmət edirlər”. Və bu davranışları ilə Avropa İttifaqı həm özlərinə, həm də yunan Kiprinə zərər verir: “Bu mənada Türkiyə ilə Şimali Kipr Türk Respublikasının yox sayıldığı heç bir layihə həyata keçirilə bilməz. Yunan Kipri tərəfinin oynadığı oyunlar hər kəsə məlumdur, yunan Kipri səmimi və dürüst bir anlaşma danışıqlarına gələrsə, adada hər kəsin gözlədiyi problemin həlli tapılar. Bu baxımdan kiprli türk qardaşlarımızın qətiyyətli müqavimətlərini alqışlayırıq”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-08-2019, 23:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-08-2019, 23:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:05
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır