reklam
Regionxeberlericom.az » Siyasət » “Putin məni raket hücumu ilə təhdid etdi”

reklam

“Putin məni raket hücumu ilə təhdid etdi”














Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyata başlamazdan öncə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı onun tərəfindən raket hücumu ilə hədələndiyini açıqlayıb.

Bu fikirlər Putinin dünya liderləri ilə təmaslarını araşdıran BBC-nin sənədli filmində yer alıb.

Conson Putinə xəbərdarlıq edib ki, Ukraynaya müdaxilə Qərbin sanksiyalarına və Rusiya sərhədlərində daha çox NATO əsgərinin yerləşdirilməsinə səbəb olacaq. O, həmçinin V.Putinə Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağını söyləməklə onu hərbi əməliyyatlardan çəkindirməyə çalışıb.

B.Consonun sözlərinə görə, Putin Böyük Britaniyanın çağırışına mənfi cavab verib: “O məni hədələyərək və şən bir şəkildə dedi: “Boris, səni incitmək istəmirəm, ancaq bu, bir raketlə bir dəqiqə çəkəcək””.

Sənədli filmdə qeyd edilir ki, fevralın 11-i Böyük Britaniyanın müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşmək üçün Moskvaya səfər edib.

O, Rusiyanın Ukraynanı işğal etməyəcəyinə dair zəmanətlə ayrılıb, lakin iki həftə keçməmiş, fevralın 24-ü tanklar sərhədi keçərkən Consona gecəyarısı Ukrayna Prezidenti Vladimir Zelenskidən zəng gəlib.

Conson həmin anları xatırlayaraq bildirib ki, Zelenski çox sakit idi: “Ancaq o mənə Rusiyanın hər yerdən hücuma keçdiyini dedi”.

B.Conson Ukrayna liderinin təhlükəsiz yerə təxliyəsinə kömək təklif etdiyini vurğulayıb: “O bu təklifi qəbul etməyərək qəhrəmanlıq göstərdi”.










Paylaş:


Müəllif : Tarix:
30-01-2023, 10:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər