reklam
Regionxeberlericom.az » Siyasət » Səfirliyə hücum edən şəxs Azərbaycana təhvil veriləcək? - MÜHÜM

reklam

Səfirliyə hücum edən şəxs Azərbaycana təhvil veriləcək? - MÜHÜM


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Hücum nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub.

Xarici İşlər Nazirliyinin məlumatına görə, iki nəfər yaralanıb. Səfirliyə hücum edən şəxsin saxlanıldığı bildirilir.

Tarixə baxdıqda müxtəlif vaxtlarda ölkələrin səfirliklərinin inzibati binalarına hücumlar təşkil olunub, ölən və yaralananlar olub.

Bu cür hadisələr beynəlxalq hüquq tərəfindən necə qiymətləndirilir? Hadisəni törədənlər hansı ölkənin qanunvericiliyi ilə cəzalandırılır?

Bununla bağlı Cebhe.info-ya danışan hüquqşünas Əsabəli Mustafayev deyib ki, Tehranda yerləşən Azərbaycan səfirliyinin binası Azərbaycan ərazisi sayılır:

“Belə olduqda Azərbaycan tələb edə bilər ki, hadisəni törədənlər Azərbaycana təhvil verilsin və ölkənin qanunlarına uyğun olaraq mühakimə edilsin.

Bu hücum İranın Azərbaycana qarşı apardığı kampaniyanın nəticəsidir. İran mətbuatında da, İran hökumətinin apardığı faktiki fəaliyyətdə də Azərbayacana qarşı çox ciddi basqılar var. İranın Ermənistana siyasi, iqtisadi cəhətdən dəstək verməsi də buna nümunədir. İranda yaşayan etnik ermənilərdə də, farsların özündə də Azərbayacana qarşı bir nifrət hissi formalaşdırılıb. Bu da onun nəticəsidir. Ola bilsin erməni və ya fars olub. Mən farsın olduğuna da təəccüb eləmərəm”.

Hüquqşünas yalnız aşağıdakı halda İranın hadisəni törədənləri mühakimə etmək hüququnun olduğunu qeyd edib:

“Əslində, beynəlxalq hüquq deyir ki, hadisə hansı ərazidə baş veribsə, orada mühakimə olunmalıdır. Bizim qanunvericilikdə də var, yəni Azərbaycan ərazisində baş vermiş cinayət hadisələrinin Azərbaycan qurumları tərəfindən araşdırılır və işə Azərbaycan məhkəməsində baxılır.

İnanmıram ki, İran buna gedər. Seçim İran tərəfində olacaq, hadisəni törədənləri axtarıb, tapacaq və onları təhvil verəcəklər. Lakin bunları İran dövlətinin bu davranışlarını nəzərə alaraq indidən demək çox çətindir.

Bu, əslində terror aktıdır. Buna uyğun da mühakimə olacaqlar. Ölüm hadisəsi olmasa belə, bu faktın özü ağır cinayətdir. Bizim qanunvericiliklə ömürlük həbs cəzası nəzərdə tutulub. Üstəlik burada insan da həlak olub.

Araşdırma nəticəsində məlum olsa, İranın xüsusi xidmət orqanları müəyyən eləsələr ki, bu, bir cinayətkar dəstədir və bundan əlavə də İran ərazisində digər terror aktları törədiblər, o zaman İran tərəfi saxlanılanları özündə saxlaya bilər. Çünki bu, davam edən və İran ərazisini əhatə edən cinayətkar, terror dəstəsidir.

Əgər məhz cinayətin törədilməsi üçün yaradılan, cinayətin hazırlanmasına formalaşmış dəstəsidirsə və cinayəti yalnız Azərbaycan səfirliyinə hücumla bağlıdırsa, onda İran onları təhvil verməlidir”.




Paylaş:


Müəllif : Tarix:
27-01-2023, 16:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər