reklam
Regionxeberlericom.az » Siyasət » Rusiyanın Qarabağda ƏSAS MƏQSƏDİ: - “Əgər geciksək, Kreml buna nail olacaq”

reklam

Rusiyanın Qarabağda ƏSAS MƏQSƏDİ: - “Əgər geciksək, Kreml buna nail olacaq”


Son günlər Rusiya sülhməramlılarının özbaşınalığı səngimək bilmir. Öncə azərbaycanlı ekoloqların monitorinq aparmasına maneələr yaradılır, daha sonra media nümayəndələrimiz öz torpağımıza buraxılmır. Ardınca isə erməni separatçıları monitorinq qrupumuzun Xankəndiyə girişinə imkan vermir. Bütün bunlar artq azərbaycanlıların səbr kasasının daşmasına və sülhməramlıların əleyhinə Şuşada etirazların başlamasına səbəb olub. Vəziyyətin heç də ürəkaçan olmaması, sonrakı proseslərin necə davam edəcəyi ilə bağlı bir sıra suallar doğurur.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, bu aksiyanı Rusiya planlaşdırıb: “Ssenarini Rusiya təhlükəsizlik orqanları yazıb. Baş rolda isə Ruben Vardanyan və Volkov çıxış edir. Məqsəd Azərbaycana siyasi təzyiq göstərməkdir. Çünki Rusiya bu günə qədər Azərbaycanın 44 gün ərzində qazandığı qələbəni həzm edə bilmir. Kremlin açıq məqsədi oradakı sülhməramlıları daimi yerləşdirmək və Azərbaycanı bununla razılaşmağa məcbur etməkdir. Xüsusən, Rusiya sülhməramlılarının hazırda yerləşdiyi ərazilərdə hərbi baza yaratmaq istəyir. Lakin Azərbaycan qanunvericiliyi buna imkan vermir. Əks halda Türkiyəni orada yerləşdirərdik”.

Politoloq Rusiyanın Azərbaycan tərəfindən bu cür reaksiya gözləmədiyini də diqqətə çatdırıb: “Bizim üçün Rusiyanın belə təxribatlara əl atacağı gözlənilən idi. Çünki Kreml İran və Fransa ilə Azərbaycan əleyhinə pərdəarxası danışıqlar aparır. Rusiya heç cür Qafqazdan çıxmaq istəmir. ABŞ isə Rusiyanın burada qalmasının əleyhinədir. Odur ki, Azərbaycanı beynəlxalq siyasi eksperiment sahəsinə çevirmək istəyirlər. Yəni geostrateji mövqeyə görə, ABŞ və Rusiya arasında qarşıdurma Azərbaycan ərazisində gedir. Ona görə də, biz həddindən artıq ehtiyyatlı olmalıyıq. Digər tərəfdən Azərbaycan mediası bu mövzuları daha çox işıqlandırmalıdır. Milli Məclisin müvafiq komitəsi bəyanatla çıxış etməlidir. BMT və AŞPA-ya sülhməramlıların özbaşınalığı ilə bağlı müraciət ünvanlamalıyıq. Çünki sülhməramlılar Azərbaycanın daxili işlərinə qarışırlar. Bu da BMT nizamnaməsinin 1-ci maddəsinin pozulması deməkdir. Azərbaycan isə nizamnamənin 51-maddəsinə uyğun olaraq öz müdafiəsini təşkil etməlidir”.

Cümşüd Nuriyevin sözlərinə görə, Azərbaycanın hərbi doktrinasına və konsepsiyasına görə, sülhməramlıların Azərbaycandakı fəaliyyəti hərbi təcavüz kimi dəyərləndirilməlidir: “Burada artıq sülhməramlılardan söhbət getmir, onlar tərəf kimi çıxış edirlər. Erməniləri silahlandırmaqla və separatçılarla birgə fəaliyyət göstərməklə qaydaları pozurlar. Görünür Rusiya münaqişəni böyüdərək yenidən əvvəlki səviyyəsinə çatdırmaq istəyir. Əgər biz geciksək, Kreml buna nail olacaq. Ona görə də, bütün güclərimizi səfərbər etməli və səsimizi dünyaya çatdırmalıyıq”.




Paylaş:


Müəllif : Tarix:
12-12-2022, 15:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər