reklam
Regionxeberlericom.az » Siyasət » Nazir müavini görüşdə bayrağımızı səhv saldı - FOTO

reklam

Nazir müavini görüşdə bayrağımızı səhv saldı - FOTO


Azərbaycan Xarici İşlər Nazirliyi 7 dekabr tarixində xarici işlər nazirinin müavini Elnur Məmmədovun İndoneziya Respublikasına səfəri çərçivəsində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) mənzil qərargahında ASEAN-ın Baş katibi Dato Lim Lock Hoi ilə görüşü haqda məlumat yayıb.


Regionxeberlericom.az yenipress.az-a istinadla xəbər verir ki, görüşlə bağlı yayılan fotolarda Elnur Məmmədovun Azərbaycan bayrağını altında deyil, ASEAN oturduğu görünür. Maraqlıdır ki, ASEAN sədri də Azərbaycan bayrağının altında oturmasının, deyəsən, fərqinə varmayıb.


Qeyd edək ki, görüşdə İndoneziyanın 2023-cü ildə ASEAN-a sədrlik edəcəyi xatırlanaraq, Azərbaycanın ASEAN ilə əməkdaşlığın genişləndirilməsində, bu istiqamətdə əməli addımlar atılmasında marağı ifadə olunub. Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında (AIPA) müşahidəçi qismində qəbul olunması ilə bağlı Dato Lim Lock Hoiyə təşəkkür edilib.




Paylaş:


Müəllif : Tarix:
10-12-2022, 12:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər