reklam
Regionxeberlericom.az » Siyasət » İrana Azərbaycanla ATƏŞKƏS NİYƏ LAZIMDIR? - AKTUAL

reklam

İrana Azərbaycanla ATƏŞKƏS NİYƏ LAZIMDIR? - AKTUAL


İranla yollarımız qəti ayrılıb. Əslində əvvəlində də belə idi. Odur ki nə Vilayətinin, nə də Qəzainin Azərbaycanın ünvanına isti sözlər deməsini nə Tehranın yumşalması kimi qəbul etməli deyilik, nə də yeni münasibət mərhələsi kimi anlaşılmamalıdır.

Hə... Bu açıqlamalardakı əsas ismarıcı da qəbul edib, başa düşməliyik. İran Azərbaycanın təbliğat maşını ilə atəşkəsə nail olmaq istəyir. Fars-molla rejiminin tək istədiyi budur.

Təbii ki, biz Vilayətinin "İran qoşunu Arazı Azərbaycana kömək üçün keçmək fikrinə düşüb" kimi bəhanəsinə inanası deyilik. Çünki molla qoşunun sərhədimizdəki meymunluğunu belə izah edən Vilayəti Tehranın Qafanda konsulluq açmasını hem bir formada əsaslandıra bilmədi və əsaslandıra bilməzdi də... Nə deyəcəkdi: deyəcəkdi ki, İranın "gözünün nuru olan" Azərbaycana dəstək üçün Ermənistanla diplomatik əlaqlərini yaxşılaşdırır, inkişaf etdirir?.. Deyəcəkdi ki, İran Azərbaycanın maraqlarına görə, Azərbaycanın düşməni ilə dostlaşır?

Hər halda, bizim molla bəhanələrinə inanası nə halımız var, nə də belə bir məqsədimiz. Bir daha qeyd edirəm, İranın istədiyi Azərbaycanın təbliğat maşını ilə atəşkəsə nail olmaqdır. Bu fars-molla rejiminin ömrünün uzadılması üçün vacibdir.

Bu gün İran qarışıb və ciddi hadisələr rəfəsindədir. Molla rejimi üçün bir nömrəli təhlükə kimi isə Güney Azərbaycan məsələsidir. Bu ideya molla rejiminin "din qardaşlığı" kimi absurd daxili birliyini darmadağın etməklə yanaşı, İranın mümkün parçalanmasında vacib faktora çevrilməkdədir.

Məhz buna görə də İranın Azərbaycanı tanıyan dilləri Azərbaycanın könlünü alırmış kimi görünəcəklər...

Amma ortalıqdakı əməl əksini deyəcək... Yəni əvvəlki status-kvoya qayıdaq... İran bunu istəyir.

Bizə isə Azərbaycanın bütövlüyü lazımdır. Odur ki, ATƏŞKƏS OLMAYACAQ...

Məhəmməd ƏRSOY

DİA.AZ-ın baş redaktoru




Paylaş:


Müəllif : Tarix:
22-11-2022, 09:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər