Zelenski rusiyalı jurnalistə qarşılıq olaraq ukraynalı rejissoru istədi

“Moskva Rusiyada saxlanılan ukraynalı dənizçiləri mübadiləsiz azad etməlidir”. “Qafqazinfo”nun “Korrespondent”ə istinadən verdiyi xəbərə görə, bu bəyanatla Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.
Dövlət başçısı həmçinin qeyd edib ki, rəsmi Kiyev eyni zamanda “RİA Novosti-Ukraina” agentliyinin baş redaktoru Kirill Vışinski və ukraynalı rejissor Oleq Sentsovun azadlığa buraxılmasına hazırdır:
“Cənab Vişinskiyə münasibətdə - əgər bu, ilk normal addımlardısa, bu cür şərait varsa, o zaman biz hazırıq. Əgər istəyirsinizsə, gəlin biz sizə cənab Vışinskini, sizsə bizə cənab Sentsovu təhvil verin”.
Bundan başqa, o bildirib ki, Ukrayna bütün siyasi məhbusları almaq istəyir və Vişinskinin mübadiləsi bu yolda ilk addım ola bilər.
Xatırladaq ki, 2018-ci il noyabrın 25-də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmi Rusiya sərhədlərini pozması iddiası ilə girov götürülüb.
28 noyabrda Simferopol məhkəməsi saxlanılan 24 ukraynalının hamısı barədə həbs qərarı çıxarıb.
.png)
Kirill Vışinski 15 may 2018-ci il tarixində Kiyevdə saxlanılıb. Jurnalistə bildiriblər ki, o, özünü "Donbass Respublikası" adlandıran qurumu dəstəkləməkdə və dövlətə xəyanətdə şübhəli bilinir. Onun ittiham edildiyi maddədə 15 ilədək həbs cəzası nəzərdə tutulur. Xerson şəhər məhkəməsi mayın 17-də Vışinski ilə bağlı həbs qərarı çıxarıb. Hazırda jurnalistin həbsi iyulun 22-dək uzadılıb.

Oleq Sentsov 2014-cü ildə Krımın bir neçə şəhərində terror aktı hazırlamaq və həyata keçirmək ittihamı ilə məhkum olunub. Rejissor 20 il müddətinə azadlıqdan məhrum edilib, amma o, bütün ittihamları rədd edir. Bir çox hüquq müdafiəçiləri Sentsovun işini saxtalaşdırılmış və siyasi motivli hesab edir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:19-07-2019, 13:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:19-07-2019, 13:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:05
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır