“Qoşunların koordinatlarını Bakıya işləyən şəxs verib” - Rəsmi İrəvan XAİN PEŞİNDƏ...

Ermənistanın baş naziri uzun illər Ermənistan ordusunun sıralarında hökm sürən vəziyyəti absurd adlandırıb.
50-dən çox erməni hərbçisi dövlətə xəyanətdə ittiham olunur. Bunu Baş nazir Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib. O, vəziyyəti, yumşaq desək, absurd adlandırıb.
“Bu illər ərzində ordumuzun şərəfinə sağlıq demişik, tost qaldırmışıq, amma indi bir-birinin ardınca cinayət işləri baş verir, bunları nəzərdə tuturam... Belə çıxır ki, bizim üçün koordinatları tərtib edən şəxs Azərbaycan kəşfiyyatına işləyib və bizə yanlış koordinatlar verib”, - deyə Paşinyan bildirib.
Baş nazir tələb olunan 20 km əvəzinə cəmi 10 km məsfə qət edən mərmilərin alınmasını da xəyanət kimi qiymətləndirir.
Paşinyan onu da əlavə edib ki, 44 günlük müharibədən əvvəl Ermənistan ordusunda 2018-ci ildən çox əvvəl mövcud olan problemlərdən danışa bilməzdi, yəni onun hakimiyyətə gəlməsi 2016-cı ilin aprel eskalasiyasının səbəblərinə aydınlıq gətirə bilməzdi. Və onun indi 2020-ci il müharibəsinin qarşısını ala bilməməsi və ya istəməməsi ilə bağlı qınaq edilməsi Paşinyanın nöqteyi-nəzərindən heç bir tənqidə tab gətirmir. //moderator.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:28-06-2022, 12:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB