reklam
Regionxeberlericom.az » Siyasət » Qazaxıstandan Rusiya ilə bağlı kritik qərar – “Məsələ həll olunanadək...”

reklam

Qazaxıstandan Rusiya ilə bağlı kritik qərar – “Məsələ həll olunanadək...”












Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Rusiyaya uçuşları ləğv edib. Teleqraf.com-a  xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumatda uçuşların dünəndən etibarən dayandırıldığı bildirilib.

“Qazaq Air” sığorta şirkətindən Rusiyada və onun hava məkanında sığorta təminatının verilməməsi ilə bağlı bildiriş alıb. Bu vəziyyəti nəzərə alaraq, aviaşirkət Rusiya ərazisi üzərində sığorta təminatı məsələsi həll olunana qədər Rusiyaya uçuşlar həyata keçirə bilməz”, - məlumatda deyilib.

Bununla əlaqədar martın 12-də Novosibirskə uçan reys artıq ləğv edilib. Sərnişinlərə pulun geri qaytarılacağı vəd edilir.

İki gün əvvəl Qazaxıstanın digər aviaşirkəti “Air Astana” da Rusiyaya uçuşları dayandırdığını açıqlayıb. Uçuşların dayandırılmasına səbəb həm də Rusiya ərazisi üzərindən kommersiya uçuşlarının sığorta təminatının dayandırılması olub.




Paylaş:


Müəllif : Tarix:
12-03-2022, 22:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər