LAVROV İRƏVANA VƏ BAKIYA NƏ ÜÇÜN GƏLİR? – “Moskva Ərdoğanın Şuşaya səfərindən narahatdır və...”
Gələn həftə Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri gözlənilir. Bu barədə yayılan rəsmi açıqlamada bildirilir ki, mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda olacaq. Lavrovun səfəri Azərbaycan Rusiya münasibətlərinin gərgin olduğu dövrə təsadüf edir. Bu gərginlik Şuşaya atılan ballsitik "İskəndər - M" operativ-taktiki raketi ilə bağlı Bakının sorğusuna adekvat cavab verilməməsi, 10 noyabr bəyanatının tam icra olunmaması, Qarabağdakı separatçıları təşkilatlandırılması və himayə olunması, Ermənistan ordusunun yenidən dirçəldilməsi və s. məsələləri əhatə edir. Azərbaycan Lavrouvun qarşısında bu məsələləri qaıldıracaqmı?
Politoloq Elxan Şahinoğlu bildirir ki, S. Lavrovun Bakıya səfərləri heç zaman xeyrimizə olmayıb, əksinə onun bütün təşəbbüsləri ziyanımıza olub.
"2016-cı ilin aprelində təcili Bakıya gəldi və inandırdı ki, münaqişənin həlliylə bağlı “həll planı” işə düşəcək. İşğalçıya qarşı əks-hücumu dayandırdıq, ancaq Lavrov Bakını tərk etdikdən sonra Dağlıq Qarabağ ətrafındakı rayonların boşalsılması vacibliyini arxa plana keçirdi", - deyə ekspert xatırladır.

E. Şahinoğlu qeyd edir ki, nazirin İrəvana və Bakıya səfərlər arasındakı bir neçə günlük fasilə olması diqqəti çəkir: "Belə çıxır ki, Lavrov mayın-5-də İrəvana gedəcək, mayın 6-da Moskvaya qayıdacaq, 4 gün keçdikdən sonra yenidən bölgəyə - Azərbaycana gələcək. Nədən Lavrov birbaşa İrəvandan Bakıya gəlməyəcək? Görünür, Lavrovun hər iki tərəf üçün “sürpiz” təklifləri var. Lavrov həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istəyir. Çünki, Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ramazan bayramında, yəni mayın ortalarında Şuşaya gəlmək istəyir.
Bakı və Ankara bu səfərə hazırlıqlara başlayıb. Moskva narahatdır. Kreml Ərdoğanın Şuşaya səfəri zamanı irəli sürəcək təkliflərdən ehtiyat edir. Ərdoğanın aprelin 24-də azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığından sonra “birgə addımlar atacağıq” açıqlaması da Kremli narahat etməmiş deyil".
Politoloq vurğulayır ki, Lavrov Bakıya hansı təkliflə gəlirsə-gəlsin, Kremlin növbəti hiyləsinə aldanmaq olmaz: "Rusiyanın Qarabağdakı hərbçiləri Xankəndidə “hərbi parad” keçirəcək və bundan bir gün sonra Lavrov Bakıya gəlib bizi sakitləşdirməyə və “balanslı xarici siyasəti” qorumağa çağıracaq. Rusiya ilə Türkiyə bizim üçün eyni ola bilməz. Bunu Lavrova da anlatmağın zamanıdır".
Paylaş:
Müəllif : Fuad
Tarix:30-04-2021, 18:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-04-2021, 18:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:05
Dünən, 12:33
Dünən, 12:29
Dünən, 09:44
Dünən, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52
25-08-2025, 11:47
24-08-2025, 08:26

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”