reklam
Regionxeberlericom.az » Siyasət » Navalnıya qarşı bütövlükdə sistem mübarizə aparır - Siyasi şərhçi

reklam

Navalnıya qarşı bütövlükdə sistem mübarizə aparır - Siyasi şərhçi


"Rusiyada siyasi aktivist, demokratik düşərgənin təmsilçisi Aleksandr Navalnının siyasi olimpə yüksəlməsi bu ölkədə demokratik düşərgəni canlandırdı və son 20 il ərzində Rusiya hakimiyyətini narahat edən bir müxalifət sistemi formalaşdırdı. Bu müxalifətin özəlliyi siyasi elitadan deyil”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, geniş xalq kütlələrindən və gənclərdən ibarət olduğu üçün Putin hakimiyyəti müxalifəti zərərləşdirə bilmir və özünə qarşı potensial rəqib hesab edir:

“Navalnı təkcə Putini deyil, Rusiyanı əsrlərdir pərdə arxasında idarə edən hərbi elitanı da narahat edir. Ona görə də A. Navalnıya qarşı bütövlükdə sistem mübarizə aparır. A. Navalnının zəhərləndirilməsi birbaşa Putinin göstərişi ilə də olmaya bilər. Çünki dərin dövlət demokratik bir liderin ortaya çıxmasına qarşıdır”.

Siyasi şərhçi vurğulayıb ki, Putin özünə qarşı bir neçə il bundan əvvəl müxalifət olan M. Xodorkovskini ona görə neytrallaşdıra bildi ki, o, geniş xalqın dəstəyinə malik deyildi və bir qrup siyasi elitarı təmsil edirdi:

“Həmçinin M. Xodorkovski Rusiya hərbi-siyasi elitasının verdiyi dəstək hesabına zənginləşmişdi. Putinin onu zərərləşdirməsi çətin olmadı. Amma A. Navalnın zərərləşdirilməsi bir neçə ildir ki, mümkün olmur və Putinə ciddi baş ağrısı verir. A. Navalnının həbsi Putinə qarşı xalqın narazılığını artıracaq və onun həbsi uzun müddət reallaşmayacaq. Demokratik düşərgəni təmsil edən Navalnının hakimiyyətə gəlişi yalnız xalqın inqilab etməsi ilə reallaşa bilər. Bu da hazırki situasiyada mümkün deyil. Seçkilərlə Navalnının hakimiyyətə gəlməsi real səslənmir. Rusiyanın demokratikləşməsi və bu hərəkatın baş verməsinin qarşısını birbaşa Rusiya hərbi elitası alacaq. A. Navalnı post-Putin dövrünə hazırlaşır. Amma hakimiyyətə gəlməsi mümkün görünmür. Rusiyanın oturuşmuş sistemi demokratik bir liderin hakimiyyətə gəlməsini istisna edir. Yeni siyasi müxalifətin lideri olan Navalnının xidməti yalnız Rusiya gənclərini siyasiləşdirərək mövcud sistemə qarşı demokratik dalğanı gücləndirəcək”.


Paylaş:


Müəllif : Tarix:
18-01-2021, 12:24
Sikayət   


loading...
Загрузка...