MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNDƏ GİZLİ MÜŞAVİRƏ... - Daha iki strateji nüvə bombardmançısı getdi
Amerikanın İrana getdikcə artan təhdidləri fonunda Pentaqon Qətərdəki Əl-Udeyd aviabazasına iki B-52H “Stratofortress” strateji nüvə bombardmançısını göndərib.
Bu barədə Rusiya hərbi qaynaqları “İnterfaks”ı məlumatlandırıb.
Həmin təyyarələr nüvə başlıqlı qanadlı raketlər və aviabombalar daşıyır. Agentliyi məlumatlandıran mənbənin bildirdiyinə görə həmin ərəfədə daha iki belə təyyarə Əl-Udeyd bazasına enmişdi. Təyyarələr ABŞ-ın Luiziana ştatındakı Barksdeyl aviabazasından qalxıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Fars körfəzi regionuna “Avraam Linkoln” təyyarədaşıyanının və bombardmançıların operativ qrupunun göndərildiyini açıqlayıb. Daha sonra Pentaqon bildirib ki, İran Birləşmiş Ştatların Yaxın Şərq regionundakı maraqlarına qarşı nəsə təxribat hazırlayır. Regiona qüvvələrin cəmləşdirilməsi də bu planla bağlıdır və əgər İran belə cəhd etsə ABŞ-ın cavabı çox amansız olacaq.
Bu barada NBC News kanalı məlumat verib ki, Con Bolton aprelin 29-da Mərkəzi Kəşfiyyat İdarəsində İran məsələsi ilə bağlı məxfi müşavirə keçirib. Müşavirədə kəşfiyyatın və Pentaqonun, habelə Dövlət Departamentin yüksək vəzifəli məmurlarının iştirak etdiyi bildirilir. Müşavirə yerli vaxtla saat 7.00-da başlayıb. Adətən belə müşavirələr MKİ-də yox, Ağ evin konfrans-zalında olur.
Prezident Donald Tramp isə ötən gün jurnalistlərlə söhbətində İrana dair ziddiyətli mesajlar verib. ABŞ prezidenti bir tərəfdən bildirib ki, Tehranla danışıqlara hazırdır, o biri tərəfdən isə İranı hədələməkdə davam edib.
“Mən istərdim ki, İran rəhbərliyi mənə zəng vursun. Onlar mənə zəng vurmalı və danışıqlar masası arxasına keçməlidir”-Tramp bildirib.
ABŞ prezidentin sözlərinə görə, İranla “ədalətli sövdələşmə” əldə etmək mümkündür. Əsas məsələ odur ki, Tehranın nüvə silahı olmasın. “Və bu elə də böyük xahiş deyil. Əvəzində ABŞ İrana əla formaya qayıtmağa kömək edərdi”-Tramp belə deyib.
ABŞ prezidenti Yaxın Şərq regionuna qüvvələrin cəmləşdirilməsi barədə suala cavab olaraq bildirib: “Elə informasiya var ki, jurnalistlər onu bilməli deyil”.
O, İranla hərbi münaqişə variantının istisna edilmədiyini deyib. “Mən müharibə variantına yox demək istəmirəm, amma ümid edirəm ki, bu baş verməyəcək. Bizim dünyada ən güclü təyyarədaşıyan gəmimiz (“Avraam Linkoln”) var. İstəmirik ki, heç nə etməyək...”-o bildirib.
Trampdan fərqli olaraq dövlət katibi Mayk Pompeo daha çox birmənalı ifadələrdən istifadə edib, deyib ki, İran Birləşmiş Ştatların maraqlarına hücuma cəhd etsə “qətiyyətli və sürətli cavabla” üzləşəcək. Onun sözlərinə görə, ABŞ-ın təmkinini qətiyyətsizliyi kimi başa düşmək lazım deyil.
Paylaş:
Müəllif : Redaktor
Tarix:10-05-2019, 10:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:10-05-2019, 10:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:40
Azərbaycanlı iş adamının “Qalatasaray”dakı işinə xitam veriləcək? - AÇIQLAMA + YENİLƏNİB
Dünən, 08:52
Mehdiyevin kürəkəninin adı hallanan 3 milyonluq qalmaqalın sübutu gizlədilib? - TƏFƏRRÜAT
Dünən, 08:47
Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə
6-05-2024, 14:13
Ekspertdən Emin Əmrullayev və Məleykə Abbaszadəyə MÜRACİƏT: - "II ixtisas qrupundan ümumi tarix fənni ÇIXARILSIN"
6-05-2024, 12:46
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
6-05-2024, 12:23
Azərbaycanda «Green card» udmaq asandırmı? Azərbaycanda «Green card» udmaq asandırmı? İndiyədək neçə nəfər udub? – İLLƏR, SAYLAR
6-05-2024, 12:17
"Azercell"dən ölkə turizm inkişafına zərbə - "Relaxs" Ailəvi İstirahət Mərkəzini internetsiz qoyub
6-05-2024, 12:10
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var – diplomsuz direktor müavini, “ailə podratı” və s.
6-05-2024, 12:07