Putin neft maqnatları ilə təcili müşavirə keçirdi – Rusiya geri çəkilməyə və danışıqlara qərar verdi

Prezident Vladimir Putin bildirib ki, Rusiya neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə hasilatın ixtisarına dair danışıqlara hazırdır.
Bu, əslində, Rusiyanın ötən fevralda imtina etdiyi OPEC+ formatına qayıtmağa hazır olması deməkdir. Moskva ötən fevralda Səudiyyə Ərəbistanı ilə OPEC+ razılaşmasını davam etdirməkdən boyun qaçırdıqdan sonra Rusiyanın “Urals” markalı neftinin qiyməti bir barrel üçün 10 dollara düşmüşdü. Neftin belə qiyməti Rusiya büdcəsinə heç bir gəlir gətirmir, ölkənin neft şirkətləri isə ziyanla işləyirlər.
Hasilatın günə 10 milyon barrelədək azaldılması
Putin aprelin 3-də qlobal bazarlardakı vəziyyətin müzakirəsinə həsr edilmiş müşavirə keçirib. O bu tədbirdə deyib: "Biz OPEC+ mexanizmi çərçivəsində partnyorlarımızla razılaşmaya və Amerika Birləşmiş Ştatları ilə bu məsələdə qarşılıqlı fəaliyyətə hazırıq. Hesab edirəm ki, bazarların sabitləşdirilməsi üçün səylərin birləşdirilməsinə ehtiyac var”.
Bu müşavirədə “Qazprom”-un başçısı Aleksey Miller, baş nazirin birinci müavini Andrey Belousov, baş nazirin müavini Yuri Borisov, maliyyə naziri Anton Siluanov, Mərkəzi Bankın sədri Elvira Nabiullina, habelə üç ən iri neft şirkətinin rəhbərləri – “Lukoil”-un başçısı Vahid Ələkbərov, “Qazpromneft”-in rəhbəri Aleksandr Dyukov, “Tatneft”-in prezidenti Nail Maqanov və “Rosneft”-in başçısı İqor Seçin iştirak ediblər.
Putin deyib ki, onun fikrincə və ilkin hesablamalara görə söhbət neft hasilatının hardasa sutkada 10 milyon barrelədək azaldılmasından gedə bilər. Lakin prezident onu da bildirib ki, neft hasilatının ixtisarı ABŞ da daxil bütün əsas oyunçuların iştirakı ilə partnyorluq əsasında baş verməlidir.
Putin Səudiyyəni ittiham edir
Putin qeyd edib ki, söhbət neft hasilatının böhrana qədərki səviyyədə ixtisarından gedə bilər. Rusiya prezidenti deyib ki, Moskva Səudiyyə ilə razılaşmadan elə bu məsələdəki fikir ixtilafına görə imtina edib.
Beləliklə Rusiya lideri razılaşmanın pozulmasında məhz Moskvanın əsas rol oynadığını bir daha inkar edib və əksinə günahı Səudiyyənin üzərinə qoyub. Putin bildirib ki, Səudiyyənin əsas məqsədi şist neftinin bazardan çıxarılması idi: “Bu mənada onlar məqsədlərinə müəyyən dərəcədə, əlbəttə çatıblar. Amma bizə də elə bu lazım deyil. Biz qarşımıza belə bir məqsəd qoymamışıq. Amma biz bütün partnyorlarımızın maraqlarını nəzərə almalıyıq. Bəli, məhz hamının”.
Öz növbəsində Rusiyanın enerji naziri Aleksandr Novak da deyib ki, Rusiya, Səudiyyə, ABŞ və OPEC-ə daxil olmayan başqa bütün ölkələrin iştirakı yeni razılaşmanın imzalanması üçün şərt olmalıdır.
Bu müşavirədə Putin qeyd edib ki, neftin qiyməti bir barrel üçün 40 dollardan az olmamalıdır. O xatırladıb ki, Rusiya büdcəsi məhz bir barrel üçün 42 dollar qiymətinin əsasında tərtib olunub. (azadliq.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:4-04-2020, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-04-2020, 14:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29
26-08-2025, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini - "SATIR?"

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ