reklam
Regionxeberlericom.az » Siyasət » İnsanov və Nağıyevə qarşı çıxanlar var: - “Təşkilat içində təşkilat olar?”

reklam

İnsanov və Nağıyevə qarşı çıxanlar var: - “Təşkilat içində təşkilat olar?”


Son günlərin ən çox müzakirə olunan mövzularından biri də “köhnə qvardiya” adlandırılan “91-lər”in yenidən toplanmasıdır.

Sabiq nazir Əli İnsanov əfv edildikdən, digər sabiq nazir Əli Nağıyevin onu dəstəkləyən çıxışlarından sonra məsələ daha daha aktuallaşıb.

Məsələyə münasibət bildirən sabiq deputat Rizvan Cəbiyev “Hazırda "91-lər" Hərəkatı mövcuddur ki, bizim onun adını alıb, bu gün sağ qalan "91-lər"in təşkilatını yaratmaq fikrimiz var” deməklə məsələnin müzakirə olunduğunu təsdiqləyib.

“91-lər”dən olan sabiq depuatat, hazırda “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov Cebhe.info-ya açıqlamasında bildirib ki, “91-lər”in əksəriyyəti Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir, yəni təşkilatdadırlar:

“Təşkilat yaratmağa nə ehtiyac var ki, təşkilat içində təşkilat olar? Bizim “91-lər”in rəhbəri, lideri, böyüyü möhtərəm cənab prezidentimiz, YAP-ın sədri İlham Əliyevdir. Yeni bir rəhbərə, liderə ehtiyac yoxdur, çünki liderimiz var. Yeni təşkilatın yaranması axmaq fikirdir. Bizim partiyamız var. Həm də “91-lər” vaxtilə YAP yaratmaq istəyirdi, bu da var və artıq 27 ilə yaxındır ki, fəaliyyət göstərir. 27 ilin 26 ilində YAP hakimiyyətdədir. Başqa təşkilatın yaradılmasını cəfəngiyyat hesab edirəm”.

Hərəkatın başqa bir üzvü, “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Xeyrəddin Qoca da Ağabəy Əsgərovun fikrini bölüşüb:

“Ümumiyyətlə, bu, nə üçündür? Əgər təşkilat dövlətçiliyə xidmət edəcəksə, onsuz da biz dövlətçiliyə xidmət edirik. Heç bu barədə eşitməmişəm, eşitsəm də reaksiya vermərəm. Çünki çox ağılsız fikirdir. O boyda dövləti quran adamlar indi gedib yenidən təşkilat yaradacaq, elə şey olar? Bunu dəstəkləmirəm. Bizim bir partiyamız var. “91-lər” dövlət üçün nə edibsə edib, yenə də edəcək”.

Xatırladaq ki, YAP-ın qurucularından biri, sədrin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin ard-arda verdiyi müsahibələrdə xeyli diqqətçəkən məqamlara toxunub. Əli Nağıyevin keçmiş partiyadaşı, sabiq səhiyyə naziri Əli İnsanovu müdafiə edərək özünü YAP-ın qurucusu, ideya müəllifi adlandırıb. YAP-ın üzvü, sabiq deputat Şahlar Əsgərov da Əli Nağıyevin fikirlərində həqiqət payı olduğunu deyib:

“Əslində Əli Nağıyev doğru deyir. YAP-ın ideya qurucularından biri də Əli Nağıyevdir. Amma burada bir üçlük var. Başda Heydər Əliyev durur, sonra isə Siruz Təbrizi və Əli Nağıyev gəlir. YAP-ın ideya qurucuları bu şəxslərdir. Amma təşkilati məsələdə bir nömrəli adam elə Əli Nağıyevdir”.

Bu gün isə Əli İnsanovun yeni təşkilat yaradacağına dair xəbər yayılıb. Məlumata görə, yaxın zamanlarda yeni partiya elan olunacaq və onun başında sabiq səhiyyə naziri Əli İnsanov duracaq.

Əli İnsanova qoşulanlar arasında keçmiş millət vəkili Maksim Musayevin, Rizvan Cəbiyevin, keçmiş nazir Əli Nağıyevin, habelə Binəqədi rayonunun keçmiş icra başçısı, Elşad Musayevin, jurnalist Əvəz Zeynallının və başqalarının olacağı gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
30-03-2019, 10:29
Sikayət   


loading...
Загрузка...