"Kiyevin mövqeyi daim birmənalı olub: Qarabağ Azərbaycan torpağıdır" - Ukrayna Analitik Mərkəzinin direktoru

Ukrayna Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir.
regionxeberlericom.az bildirir ki, bu barədə “Report”a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib.
O, bu yaxınlarda Ukrayna hökumətinin Azərbaycanın işğal olunmuş ərazilərinə gedən vətəndaşlarına Azərbaycan rəsmi qurumlarından icazə almaq tövsiyəsindən rəsmi Yerevanın narazılıq etməsini həyasızlıq olaraq dəyərləndirib: “Sanki Ermənistan rəhbərliyinin bəyanatları sülhün bərqərar olmasına, Qarabağ münaqişəsinin həllinə yönəlib. Elə bir şey yoxdur. Əksinə, Ermənistan baş naziri Nikol Paşinyanın təhrikçi açıqlamaları müharibə təhlükəsini daha da artırır. Məsələ də ondadır ki, Ermənistan tərəfi şərləməyə hazır olan “xain dost” kimi qarşımıza çıxır”.
“Eləcə də Qarabağın Azərbaycanın bütün dünya tərəfindən tanınan ayrılmaz parçası olduğundan da heç kəsin şübhəsi olmayıb və yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev də tam haqlı olaraq Qarabağ Azərbaycandır, nida deyə bəyanat verib”, - deyə diaspor rəhbəri fikrini bildirib.
Ukrayna Analitik Mərkəzinin direktoru, hüquq elmləri doktoru Aleksandr Oxrımenko da Dağlıq Qarabağ münaqişəsinin Ukraynanın şərq regionundakı münaqişə ilə oxşarlığına diqqət çəkib: “Ukraynanın mövqeyi daim birmənalı olub: Qarabağ Azərbaycan torpağıdır. İyirmi il bundan əvvəl baş verənlər adicə işğal əməlidir, nəticədə münaqişə başlayıb, problem çox uzun müddətdir həll olunmamış qalıb”.
“Ermənistan işğal etdiyi torpaqları boşaldaraq Azərbaycanla məsələni yoluna qoysa, Ukrayna XİN vətəndaşlarının həmin regiona gedib-gəlmələrinə etiraz etməyəcək. Amma hələlik Dağlıq Qarabağ statusu bəlli olmayan hərbi münaqişə bölgəsi olduğuna görə oraya getmək məsləhət deyil”, - deyə ukraynalı politoloq vurğulayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-10-2019, 15:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-10-2019, 15:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:05
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib