İstefa versə də, Makron qəbul etmədi

Fransa Prezidenti Emmanuel Makron ölkənin Baş naziri Qabriel Attalın istefasını qəbul etməyib.
Bu barədə məlumatı “Agence France-Presse” yayıb.
“Dövlət başçısı Baş nazirdən ölkədə sabitliyi təmin etmək üçün müvəqqəti olaraq öz vəzifəsində qalmasını istəyib”, - deyə agentlik yazıb.
Qeyd edək ki, Q.Attal dünən ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun ilkin nəticələrindən sonra bu gün istefa verəcəyini bəyan etmişdi: “Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər respublika prezidentinə istefamı təqdim edəcəyəm”.
Q.Attal sözügedən vəzifəyə cari ilin yanvarında təyin edilmişdi.
Onu da xatırladaq ki, Fransadakı seçkilərdə solçu partiyaların koalisiyasını təmsil edən “Yeni Xalq Cəbhəsi” ölkənin Milli Assambleyasına (parlamentin aşağı palatası) keçirilən seçkilərin ikinci turunda qalib gəlib. Rəsmi məlumata görə, “Yeni Xalq Cəbhəsi” parlamentdə 182 yer qazanıb. İkinci yerdə 168 yerlə Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi “Birlikdə” koalisiyası yer alıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2024, 14:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video