reklam
Regionxeberlericom.az » Dünya » Fransanın rəngarəngləşən HÖKUMƏTİ… - Makron niyə cinsi azlıqları ətrafına TOPLAYIR?

reklam

Fransanın rəngarəngləşən HÖKUMƏTİ… - Makron niyə cinsi azlıqları ətrafına TOPLAYIR?


Fransa hökuməti getdikcə göy qurşağı rənglərinə bürünür.

Belə ki, 34 yaşlı homoseksual Qabriel Attal Fransanın baş naziri təyin edilib. Makronun davamçısı, xələfi kimi təqdim edilən Qabriel eyni zamanda Fransanın ən yeni tarixində bu cür yüksək vəzifəyə təyinat alan ilk açıq homoseksualdır.

Apardığımız araşdırmalara görə, Attal heç də hər zaman cinsi azlıq nümayəndəsi olmayıb. Amma kimlərsə onu sonradan pozub. Hətta vaxtilə o müğənni qadın Coys Conatanla sevgi macərası da yaşayıb. Cütlüyün ehtiraslı sevgi romanı barədə Paris qəzetlərində çox yazılıb.

Attal sonradan birdən-birə həm ictimai, həm də fiziki orientasiyasını dəyişib. Böyük siyasətə girişən Attal “arxasını toplamaq” üçün həm də eyni cinsdən olan sevgili tapıb.

Baş nazirin əri kimdir?

Qabriel Attalın əri isə dünən Fransanın xarici işlər naziri təyin olunan Stefan Sejournetdir. Onlar bir neçə il əvvəl nikahlanıblar. Bu izdivacdan sonra Qabriellə Stefan eyni cəbhədə vuruşmağa başladılar. Onların arxasında isə ermənilər dayandı.

Nəzərə alaq ki, erməni diasporu Fransada kifayət təsir imkanlarına malikdir. Makronun erməni əsiri olmasına da heç bir şübhə yoxdur. Görünür, indi də erməni diasporu Makronun sağını, solunu “bəzəyir”.

Bundan əlavə, Attalın əxlaqa sığmayan əməlləri də yetərincə olub. Məsələn, 2020-2021-ci ildə dünya COVID-19 pandemiyası ilə mübarizə aparırdı və qapanmalar tətbiq olunduğu bir zamanda o gecə barlarında əylənirdi.

O zaman Fransanın M6 telekanalı gizli kamera ilə Parisin prestijli yaşayış məntəqələrindən birində yerləşən dəbdəbəli klubdan reportaj hazırlayaraq efirə vermişdi.

Reportajdan məlum olur ki, hər yer qapalı olsa da, bu gizli məkan nazirlər və deputatlar üçün fəaliyyət göstərir. Menyunun qiyməti isə adambaşına 160-490 avro arasında dəyişib. Məkana girənlər maskalarını çıxarır. Nə ofisiantlar, nə də müştərilər tibbi maskadan istifadə edir, sosial məsafə gözləyirdilər.

Klub isə hər gün nahar və şam yeməyi üçün qonaqlarına qapılarını açır. Məkanın sahibi sonralar hakimiyyətdəki dostlarından, xüsusən də Qabriel Atalldan ağızdolusu danışırdı.

Attalın pozğunluğunun pik həddi isə Stefan Sejournetlə rəsmi nikaha girməsi oldu. Türklər deyir ki, hər nikahda bir kəramət var. Attalla Stefanın nikahı hər iki tərəfə düşərli olub. Artıq cütlük Fransanın siyasi elitasında mühüm post tuturlar. Attal baş nazir, ər Stefansa nazirdir.

Qərb mətbuatı yazır ki, Attal Makronun siyasi varisidir və çox güman ki, 2027-ci ildə Prezident seçkilərinə Attal qatılacaq. Bəri başdan deyək ki, Attalın Fransa prezidenti seçiləcəyinə də inananlar var. Çünki Avropada orientasiyasını dəyişənlərə xüsusi yer verirlər. Bu mənada gey Attalın Fransanın siyasi olimpinə qalxacağı o qədər də təəccüblü görünmür.

Həm Qabriel Attal, həm də Stefan Sejournet erməni ətəyində çörək yeyir.

Ona görə də cütlük siyasi arenada çox fəaldır. Tək bir faktı deyək ki, ötən 5 ildə ermənilərin Azərbaycana qarşı həm Fransada, həm də Avropa Parlamentində hazırladıqları bir sıra layihələrin həmmüəllifləri Attalla Stefandır. Bu da onu sübut edir ki, erməni xanımları daha əvvəlki kimi işə yaramır. Ona görə də ermənilər innovativ və kreativ üsullardan istifadə etməyə çalışırlar. Kişilərlə üz-üzə gəlməkdən qorxan ermənilər “kişi” sifətli attalkimilərlə yola çıxırlar.

Bəs, erməni pulunun və erməni gözəlçələrinin aça bilmədiyi qapını fransız homeseksuallar aça biləcəkmi?

Bu suala indiki halda cavab verə bilmərik. Bildiyimizsə odur ki, Baden-badensayağı mavi gecələr artıq Fransa hökumətinin iclaslarında yaşanacaq. Yəqin ki, Makron da dostlarının “əyləncə gecələri”ni qaçırmaz…

Surxay Atakişiyev, Bizim.Media




Paylaş:


Müəllif : Tarix:
13-01-2024, 09:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər