reklam
Regionxeberlericom.az » Sosial » “Vallah, bizi artıq xəstəxana da götürmür” - NARAZILIQ VAR!

reklam

“Vallah, bizi artıq xəstəxana da götürmür” - NARAZILIQ VAR!


Tovuzun Alakol kənd sakini Vüqar Qurban oğlu İsmayılov şikayətçidir.

Məlumata görə, vətəndaş Meydan TV-yə deyir ki, həyat yoldaşı Aynur İsmayılovanın və qızı Güllü İsmayılovanın əlilliyə görə aldıqları pensiyalar kəsilib:

“Həyat yoldaşım on beş ildir ki, mübarizə apardığı qıcolma, yüksək təzyiq, eplepsiya və ikinci dərəcəli tənəffüs çatışmazlığına görə əvvəllər ikinci, daha sonra isə üçüncü qrup üzrə pensiya alıb. Pensiyasını bir ildir ki, kəsiblər, yenidən bərpa edə bilmirik. Rayon xəstəxanasından göndəriş verilir. Gedib, Bakıda xəstəxanada yatır. Arayış verilir, sistemə vururuq, cavab gəlir ki, əlavə müalicəyə ehtiyac var. Təkrar başqa xəstəxanada yatır, arayış verilir. Sistemə vururuq, eyni imtina cavabı gəlir. Bütün müalicələrdən keçir, həkim buraxılış vərəqi verir. Sistemə yüklənir, deyir ki, əlavə müalicə etdirin. Başa düşə bilmirəm ki, bu adam ölənə qədər müalicə olunmalıdır?”

“Bakı ilə rayonun yollarında qalmışıq, nəticə də yoxdur”

Vətəndaş deyir ki, həyat yoldaşının pensiyası heç onun müalicəsini qarşılamır:

“Kənd Təsərrüfatı İdarəsində toxumçuluq şöbəsində laborant işləyirəm. Maddi vəziyyətimiz qənaətbəxş deyil. Həyat yoldaşım 130 manat pensiya alırdı. Ay ərzində qəbul etdiyi dərmanın bir qutusuna 39-40 manat pul veririk. Heç dövlətin verdiyi 130 manat onun dərmanlarının pulunu qarşılamırdı. Pensiya bir ildir ki, kəsilib, bu müddət ərzində yazmadığım təşkilat qalmayıb. Bakı ilə rayonun yollarında qalmışıq, nəticə də yoxdur”.

“Vallah, bizi artıq xəstəxana da götürmür”

Vüqar İsmayılovun sözlərinə görə, qızı Güllü İsmayılovanın pensiyasını 2023-cü il yanvarın 1-dən kəsiblər:

“Qızım da epilepsiya xəstəsidir. Uşaq vaxtından onda xəstəlik vardı. On səkkiz yaşı tamam olmasına bir ay qalmış pensiyasını kəsdilər. Gözləmədilər ki, on səkkiz yaşı tamam olsun. Altı aydır ki, müraciət edirik. Yazır ki, əlavə müalicəyə ehtiyacı var. Daha öncə yazmışdı ki, xəstə ən azı, iki ay müalicə olunmalıdır. İki aylıq müalicəsi də var. Vallah, bizi artıq xəstəxana da götürmür. Gedirik, deyirlər ki, bir aydır çıxıb. Əlimizdən gələn köməkliyi etmişik. Görürsünüz ki, burada yatmaqla sizə kömək olmur”.

Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyindən Meydan TV-yə bildirilib ki, Aynur İsmayılovanın diaqnozu əlillik əlamətini təyin etmir:

“Vətəndaşda əlillik əlaməti yoxdur. Güllü Vüqar qızı İsmayılovanın isə göndərişi natamam doldurulub. Xəstənin psixi statusu, ağciyərləri rentgenin nəticəsi qeyd olunmalıdır”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2021-ci ildə ölkədə saxta pensiya alanların aşkarlandığını bildirmişdi.

Nazir demişdi ki, ümumilikdə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edilib.

Onun sözlərinə görə, ləğv edilən əlillik dərəcələri büdcəyə ildə 101 milyon manat qənaət etmək imkanı qazandıracaq.

Ekspertlər rəqəmlərin doğru olmadığını deyirlər…

İqtisadçı Nemət Əliyev Meydan TV-yə bildirmişdi ki, pensiyaların ləğvi prosesi 2023-cü ilin əvvəlinədək, hətta ondan sonrakı dövrdə də davam edəcək.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünya əhalisinin 10 faizini əlilliyi olan insanlar təşkil edir.

Azərbaycanda rəsmi rəqəmlərə görə, əlilliyi olan şəxslərin sayı 5 faiz civarındadır.

Toğrul Maşallı deyir ki, bu rəqəm həqiqəti əks etdirmir:

“Bir neçə il öncə bu rəqəm 6 faiz civarında idi. Birinci Qarabağ müharibəsini də nəzərə alsaq, rəqəm daha yüksək olmalıdır”.

Əlilliyin meyarları hansılardır?

2021-ci ildə “Əlilliyin müəyyən olunması Meyarları”nda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, əlillik orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi və xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq:

I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi;

II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi;

III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi.

Əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunur.

2015-ci ildə qəbul olunan “Əlilliyin qiymətləndirilməsi qaydası” yalnız I, II və III qrupu əhatə edirdi.





Paylaş:


Müəllif : Tarix:
29-06-2023, 12:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər