Mingəçevirdə şəhid anası evsiz qalıb – Video + Açıqlama
Mingəçevir sakini Rzayeva Kamilə Bəkir qızı oğlu, 44 günlük Vətən müharibəsinin şəhidi Rzayev Əli Nəsib oğlu şəhid olandan sonra evsiz-eşiksiz qalıb.
Şəhidin həyat yoldaşına Göygöl rayonundan iki otaqlı mənzil verilib.
Kamilə ana isə iki ildir bacısı Zöhrə xanımın evində yaşıyır. Öz evi H.Əliyev prospektində, yataqxanada olub.
K.Rzayevanın sözlərinə görə, şəhidin həyat yoldaşı və anası ayrı-ayrılıqda ev qeydiyyatındadırlar. Mənzil növbəsinə də ayrı-ayrılıqda durublar. Şəhidin yoldaşı evlə təmin olunandan sonra anaya deyiblər ki, şəhidə düşən mənzil həyat yoldaşına verilib, ona mənzil düşmür. Bildirilib ki, o, yaşadığı yataqxanadan qeydiyyatdan çıxıb, Bakı şəhərində qeydiyyata düşməlidir. Kamilə ana da Abşeronda bir tanışının evinə qeydiyyata düşüb. İndi ana nə yenidən öz yaşadığı yataqxanaya qeydiyyata düşə bilir, nə də Bakı şəhərindən ona mənzil verirlər.
Şəhid anasının problemi ilə əlaqədar Mingəçevir Şəhər İcra hakimiyyətindən Yeniavaz.com-a açıqlama verilib:
“Mingəçevir şəhər Günəş küçəsi ev 62 ünvanında yaşayan şəhid anası Rzayeva Kamilə Bəkir qızının ona mənzil verilməsi barədə müraciəti ilə əlaqədar bildiririk ki, onun oğlu, şəhid Rzayev Əli Nəsib oğlu 09.09.2020-ci il tarixdən müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətə çağırılmış, 06.10.2020-ci il tarixdə şəhid olmuşdur.
Şəhər İcra Hakimiyyəti başçısının 07.04.2021-ci il tarixli 42 saylı Sərəncamı ilə Rzayeva Kamilə Bəkir qızı mənzil növbəsinə götürülmüş və növbəlilik siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. 27 dekabr 2022-ci il tarixdən Abşeron rayonunda qeydiyyatdadır və mənzil növbəliliyi oraya köçürülüb.
Əlavə olaraq bildiririk ki, K.Rzayevanın gəlini Rzayeva Gülü Sərdar qızına (2 nəfər) Samux rayonunun Seyidlər kəndində şəhid ailələri və müharibə əlilləri üçün tikilmiş binadan 2 otaqlı mənzil verilib.
Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidin qəbrinin üstü götürülmüş, ətrafında abadlıq işləri görülmüş, ona 1000 manat, ötən ilin dekabr ayında 31 dekabr Həmrəylik Günü ilə əlaqədar isə şəhidin həyat yoldaşı G.Rzayevaya 200 (iki yüz) manat vəsait ayrılıb. Ötən ilin sonlarında 2 dəfə, cari ilin Novruz və Ramazan bayramları ilə əlaqədar şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ailəyə ərzaq yardımı edilib. Bəzi şirkətlərə isə şəhid ailəsi kimi ailənin adı verilib və müvafiq olaraq ərzaq köməkliyi edilib. 2021-ci ildə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar K.Rzayevaya şəhər İcra Hakimiyyəti tərəfindən 60 manat məbləğində maddi köməklik edilib. 2022-ci ilin Novruz, Zəfər bayramlarında və Həmrəylik Günündə şəhər İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması, Qurban bayramında isə qurban payı verilib”.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-03-2023, 22:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video