reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycanda 5 nəfər valideynlik hüququndan məhrum edilir

reklam

Azərbaycanda 5 nəfər valideynlik hüququndan məhrum edilir


Cinayət təqibindən kənar fəaliyyət genişləndirilib.

Bu barədə Baş Prokurorluğun Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib.

Cinayət təqibindən kənar icraatlar sahəsi üzrə fəaliyyətə toxunan Baş prokurorun sözlərinə görə, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üzrə 13029 işə baxılmasında prokurorluq işçiləri iştirak edib.

Vurğulanıb ki, qanun pozuntularını, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 92 şəxs barəsində təqdimat verilib, 87 şəxsə isə qanun pozuntularından çəkindirmək məqsədilə xəbərdarlıq edilib. Həmçinin, sosial təhlükədə olan 6 uşaq üzrə 5 valideyn barəsində valideyin hüquqlarının məhdudlaşdırılması haqqında 5 məhkəmədə mülki iddia qaldırılıb.

Həmçinin, qeyd olunub ki, hesabat dövründə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında iş üzrə 1457 icraat başlanıb.




Paylaş:


Müəllif : Tarix:
27-01-2023, 11:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər