reklam
Regionxeberlericom.az » Sosial » Ordubadda QOÇULUQ ZƏMANƏSİDİR... - BU DA FAKT!!!

reklam

Ordubadda QOÇULUQ ZƏMANƏSİDİR... - BU DA FAKT!!!

“Xəlil Fərəcovun tikdirdiyi evə görə mənim həyətimə heç bir yük maşını yaxınlaşa bilmir”

Naxçıvan şəhəri, Ordubad rayonu, Sabirkənd kənd sakini Quliyeva Şərgiyyə Rəcəbəli qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, kənd icra nümayəndəsi Xəlil Fərəcov onun evinin qabağını kəsib, orada bir ay ərzində hasar və ev tikib, nəticədə həyətinin yaxınlığına heç bir maşın gələ bilmədiyinə görə evi yarımcıq qalıb.

“Mən, Quliyeva Şərgiyyə Rəcəbəli qızı, yazaraq sizə bildirirəm ki, kənd icra nümayəndəsi Xəlil Fərəcovun tikdirdiyi evə görə mənim həyətimə heç bir yük maşını yaxınlaşa bilmir. Bu səbəbdən də evimin tikilməsi yarımcıq qalıb. Bir çox yerə müraciət etsəm də heç bir nəticə yoxdur. Guya, evimin qarşısındakı boş torpaq sahəsini alıb, orda ev tikib. Əslində, bu tikinti tamamilə qanunsuzdur.

Xahiş edirəm işıqlandırın, bəlkə bir çarə tapıla”. //“Hürriyyət”//





Paylaş:


Müəllif : Tarix:
17-01-2023, 11:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər