reklam
Regionxeberlericom.az » Sosial » İsmayıllıda Mədəniyyət Mərkəzindəki məsələ ilə bağlı DİN-dən açıqlama - BIÇAQLANMA OLUBMU?

reklam

İsmayıllıda Mədəniyyət Mərkəzindəki məsələ ilə bağlı DİN-dən açıqlama - BIÇAQLANMA OLUBMU?


 Az əvvəl İsmayıllıda məmurlar QOÇULUQ EDİR... - İLGİNC İDDİA başlıqlı məqaləni təqdim etmişdik. Bununla baöğlı DİA.AZ-a Daxili İşlər Nazirliyindən münasibət açıqlanıb.


DİA.AZ DİN-ın açıqlamasını təqdim edir: "DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, dekabrın 31-də saat 23 radələrində Araz Hüseynovun (əvvəlki soyadı Şəmdinli olub) əlin çoxsaylı kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə, videokameralara baxış keçirilib, izahatlar alınıb və məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs mərkəzin qadın əməkdaşı ilə aralarında yaranan mübahisə zəminində xidməti otağında olan dolabın şüşəsinə əli ilə zərbə endirib və nəticədə xəsarət alıb. Araz Hüseynovun bıçaq xəsarətləri alması barədə iddialar isə əsassızdır. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır".




Paylaş:


Müəllif : Tarix:
6-01-2023, 17:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər