reklam
Regionxeberlericom.az » Sosial » “İran rejimi artıq qocalıb, baş verənlərə hazır olmalyıq...” - Nurəddin Mehdixanlı

reklam

“İran rejimi artıq qocalıb, baş verənlərə hazır olmalyıq...” - Nurəddin Mehdixanlı


“Bütün imperiyaların yaranışı və çöküşü var. Bu gün İran imperiyadır və onun çöküş prosesi başlayb”.

Bu sözləri Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib.

Onun sözlərinə görə, bu məsələdə nə ərəbi, nə bəlucu, nə kürdü, nə azərbaycan türklərini, nə də başqa etnik xalqları günahkar saymaq lazımdır:

“Rejimin artq yaşa dolması, qocalması və bu sayaq idarəetmənin mümkün olmadığı göz qabağındadır. Nəticə etibarı ilə xalqların, millətlərin haqqı tapdanır. Dili qadağan edilir, milli-mənəvi dəyərləri qadağan edilir, milli kimliyini bəyan etməyə haqları yoxdur. Təbii ki, belə olan halda, İranda proseslər bu şəkildə davam edəcək”.

“Sadəcə biz baş verənlərə hazır olmalyıq. Düşünürəm ki, o taylı-bu taylı azərbaycanlılar müəyyən mənada buna hazırdırlar”, - deyə Xalq artisti vurğulayıb.

Aktyor əlavə edib ki, biz kiminsə daxili işlərinə qarışmırıq, halbuki bizə şiə qardaşım deyən, müsəlman qardaşım deyən İran-fars rejimi bizim daxili işlərimizə qarışır:

“Biz haqqımız-hüququmuz çatan nəsnələri tələb edirik. Düşünürəm ki, qarşıdan gələn illərdə də proseslər buna doğru irəliləyəcək”.




Paylaş:


Müəllif : Tarix:
29-12-2022, 17:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər