reklam
Regionxeberlericom.az » Sosial » "İranda öldürülənlər arasında soydaşlarımız varsa, narahatlığımızı bildirməliyik" - Başqa yolu YOXDUR!

reklam

"İranda öldürülənlər arasında soydaşlarımız varsa, narahatlığımızı bildirməliyik" - Başqa yolu YOXDUR!


“İranın daxilində başlayan hadisələr bugünün məsələsi deyil. 40 ildir ki, İranın daxilində insanlar, vətəndaşlar və eyni zamanda orada yaşayan 40 milyona yaxın azərbaycanlı İran dövlətinin hazırki rejiminə və onun yürütdüyü siyasətə qarşı etirazlarını bildirmişlər. Bu etirazlar zaman-zaman təkrarlanıb və indi də təkrarlanır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Xəyal Bəşirov danışıb. O, qeyd edib ki, Azərbaycan prezidenti oradakı soydaşlarımızın həyatları ilə bağlı, onların təhlükəsizlikləri ilə bağlı narahatçılığını daim dilinə gətirib. Bugün də İranın daxilində baş verən bu proseslərlə bağlı Azərbaycanın prezidenti cənab İlham Əliyev, dövlətimiz oradakı soydaşlarımız ilə bağlı narahatçılığını ifadə edib.


“Bu heç də hansısa bir dövlətin daxili işinə qarışmaq kimi qələmə verilməməlidir. Əksinə, Azərbaycanın bu addımı Prezident İlham Əliyevin bu narahatçılığı təqdir olunmalıdır. Azərbaycan dövləti və yürütdüyü siyasətlə Prezident İlham Əliyev soydaşlarımıza görə, dünyanın istənilən nöqtəsində olmasından asılı olmayaraq, o cümlədən də bizim çox yaxınımızda yerləşən İran dövlətinin ərazisində yerləşən insanlarımıza görə narahatçılığını bildirməlidir”,- deyə politoloq bildirib. Onun sözlərinə görə, İranda baş verən bu ixtisaslar nəticəsində çoxlu sayda mülki insanların ölməsi ilə bağlı fikirlər səsləndirir. Baş verən ölüm halları ilə bağlı, dünyanın müxtəlif nöqtələrində etirazlar bildirilir.

“O öldürülənlər arasında azərbaycanlı soydaşlarımız varsa biz buna niyə görə narahatçılıq bildirməməliyik?!” - deyə Xəyal Bəşirov qeyd edib.




Paylaş:


Müəllif : Tarix:
28-11-2022, 09:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər