reklam
Regionxeberlericom.az » Sosial » Yeyinti var: Bu dəfə Mərdan Camalovun kadrı... - İDDİA

reklam

Yeyinti var: Bu dəfə Mərdan Camalovun kadrı... - İDDİA


Ümumiyyətlə, məktəblər, uşaq bağçaları məsələsi ölkədə ciddi problemə çevrilib.

Bəli, Ulu Öndər deyirdi ki,təhsili olmayan millətin gələcəyi yoxdur.

Bəs onda bu gün təhsilimizə olan laqeydliyin kökündə nə dayanır..?

Məlumdur ki, uşaqların təlim və tərbiyəsi ilk olaraq uşaq bağçalarından başlayır.

Vaxtilə Ramiz Mehdiyev kimilərin təkidi ilə məktəb və bağçaların Təhsil Nazirliyinin tabeçiliyindən çıxarılıb Rayon İcra Hakimiyyətlərinə tabe etdirilməsi, cinayətə bərabər bir iş idi.

Bəli, bunu gələcəkdə də araşdıracaqlar ki, bu addım təhsil sistemini, məktəb direktorlarını, bağça müdirələrini icra başçılarının, üzr istəyirəm… quluna çevirdi. Və təhsilimizə elə bir ləkə vurdu ki, onu uzun müddət silə bilməyəcəyik.

Çox şükür ki, ötən il möhtərəm Prezidentimiz İlham Əliyev cənabları qərar verərək, məktəb və bağçaları yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytardı.

Təəssüf ki, bu illər ərzində məktəblərdə olduğu kimi uşaq bağçalarında da ciddi neqativ hallar baş verib.

Belə bağçalardan biri də Şirvan şəhərində fəaliyyət göstərən 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasıdır.

Öncə onu qeyd edək ki, 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasının müdirəsi Elmira Səfərova Şirvan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Mərdan Camalovun sadiq kadrlarından biridir və dostluq münasibətləri bu gün də davam edir.

Biz Gündəlik-Bakı olaraq kimin kimlə dost, arkadaş olmasını müzakirə etmirik və bunu önəmli hesab etmirik. Bu insani münasibətlər bizim üçün vacib deyil, bizim üçün vacib olan gələcək nəslin təlim və tərbiyəsidir.

Bəli, neçə illərdir ki, bu 3 saylı körpələr evi-uşaq bağçası ilə bağlı dövrü mətbuatda nələr yazılmır.

Sonuncu məlumatdan bəlli olur ki, Şirvan şəhər prokurorluğu bağçada baş verənlərlə bağlı cinayət işi açıb.

Belə ki, Şirvan şəhər 3 nömrəli “Yasəmən” körpələr evi –uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş məlumatlar şəhər prokurorluğunda araşdırılmışdır.

Məlum olub ki, Şirvan şəhər 3 nömrəli “Yasəmən” körpələr evi –uşaq bağçasının müdirəsi Elmira Səfərova işlədiyi müddətdə 16 min 177 manat pul mənimsəyib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda CM-nin 179.2.3, 179.2.4 ( öz qulluq mövqeyindən istifadə etməklə...xeyli miqdarda ziyan vurmaq ) maddələri ilə cinayət işi açılmışdır.

Amma Elmira Səfərovaya gözün üstə qaşın deyən də yoxdur və o öz işini davam etdirir.

Bu ilk dəfə deyil ki, baş verir.

Bir neçə il əvvəl mediaya daxil olan şikayət məktublarından bəlli olurdu ki, baxçanın müdiriəsi Elmira Səfərova uşaq qəbulu üçün valideyinlərdən 200 manat rüşvət alır. Hər ay isə hər bir valideyindən 15-20 manat pul yığır:

“Baxçada çalışan müəllimələrdən biri Baş Prokurorluğa məsələ barədə şikayət ünvanlayıb. Prokurorluq gəlib araşdırma aparsa da bir nəticə olmayıb. Yenidən prokurorluğa şikayət olunub və araşdırma aparılıb. Valideyinlərə təzyiq göstərilib ki, Elmira Səfərovadan şikayətçi olmasınlar. Şikayəti olanları isə izahat verməyə imkan verməyiblər.”

Onu da qeyd edək ki, əvvəllər Mərdan Camalovun kurasiyasında olan Elmira Səfərovaya hazırda şəhərin icra başçısı İlqar Abbasov dəstək verir.

Bir sözlə, 3 nömrəli “Yasəmən” uşaq bağçasında problemlər davam edir.

Gələcəyimiz olan uşaqlarımızın cəmiyyətdə və evdə özünü aparmalarını, ibtidai biliklərə yiyələnmələrini, habelə onların sağlamlığının əsas şərtləri olan sanitariya – gigiyena qaydalarına əməl olunması mexanizminə qəti şəkildə əməl etməyən Elmira xanım, uşaqlarla qeyri – konstruktiv davranışlara yol verir.

Deyilənə görə, Elmira Səfərova uşaqların qida və ərzaq payını satır və pul qazanır.

Bir sözlə, Şirvan şəhərində uşaq bağçaları bərbad durumdadır.

Yazıda bir çox saytların materiallarından istifadə edilmişdir.

Elmira Səfərovaya dəfələrlə zəng etsək də əlaqə yarada bilmədik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
18-05-2022, 15:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər