reklam
Regionxeberlericom.az » Sosial » “Facebook“ “Taliban“a qadağa qoydu - “You Tube“ hələ susur

reklam

“Facebook“ “Taliban“a qadağa qoydu - “You Tube“ hələ susur


"Facebook" terrorçu bir təşkilat hesab etdiyi üçün "Taliban"la əlaqəli hər hansı bir məzmunun fəaliyyətini və dəstəklənməsini qadağan etdiyini açıqlayıb.

ABŞ şirkəti "Taliban"la əlaqəli məzmunu izləmək və silmək üçün Əfqanıstan mütəxəssislərindən ibarət yüksək səviyyəli bir qrup yaradıb.

"Taliban" mesajlarını yaymaq üçün illərdir bu sosial mediadan istifadə edir.

Onun Əfqanıstanı sürətlə ələ keçirməsi texnologiya şirkətləri üçün qrupun məzmunu ilə necə mübarizə aparmaqda yeni çətinliklər yaradır.

"Facebook"un sözçüsü BBC-yə bildirib:

"ABŞ qanunlarına görə, "Taliban" terror təşkilatı olaraq qəbul edilir və təhlükəli təşkilatlarla bağlı siyasətimizə uyğun olaraq şəbəkədə onun fəaliyyətini qadağan etdik. Bu o deməkdir ki, "Taliban" tərəfindən yaradılan və ya dəstəklənən hesabları silirik və onlar üçün hər hansı tərif, dəstək və ya vəkillik qadağandır".

Sözçü əlavə edi: "Puştu və dəri dillərində danışan və yerli mühiti bilən əfqan mütəxəssislərdən ibarət bir qrup bu platformadakı problemləri müəyyən etməyə kömək edəcək".

Sosial media nəhəngi yeni hökumətin tanınmasına qərar vermədiyini, ancaq beynəlxalq birliyin rəyini izlədiyini açıqlayıb.

"Facebook" bu siyasətin əsas sosial media şəbəkəsi, habelə "Instagram" və "WhatsApp" da daxil olmaqla, bütün platformalarına aid olduğunu vurğulayıb.

Söz düşmüşkən, "WhatsApp"da "Taliban" hərəkatının aktivliyi ilə bağlı məlumatlar yayılıb.

"Facebook" radikal hərəkatın "WhatsApp"dan istifadə etdiyini biləcəyi təqdirdə bloklayacağını açıqlayıb.

Digər sosial media platformaları da "Taliban"la əlaqəli məzmunla necə rəftar edəcəklərini müəyyənləşdirir.

"Taliban" informasiya siyasətində "Twitter"dən daha çox istifadə edir.

"Twitter" sözçüsü şiddət təbliğ edən təşkilatlara, terror və ya mülki insanlara qarşı zorakılığı təbliğ edən qruplara sanksiya qoyub.

"YouTube"a gəlincə, o hələ də "Taliban"la bağlı siyasətinə münasibət bildirməyib


Paylaş:


Müəllif : Tarix:
17-08-2021, 14:11
Sikayət   


loading...
Загрузка...