reklam
Regionxeberlericom.az » Sosial » MİQ imtahanında gülünc və biabırçı suallar... - Nazirliyin məqsədi nədir?

reklam

MİQ imtahanında gülünc və biabırçı suallar... - Nazirliyin məqsədi nədir?



Bildiyimiz kimi müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlardan narazılıq çoxdur. Azərbaycan dili və ədəbiyyat fənnindən imtahan verən namizədlərdən yarısı demək olar ki, imtahana salınan suallardan narazıdır. Namizədin birinin paylaşdığı sual isə daha çox müzakirə predmeti oldu. Həmin namizədin paylaşdığı sual budur: Hüseyn Cavidin “Ana” əsərində Qanpolad həbsxanadan çıxıb evə gələndə hansı rəngdə paltar geyinmişdi və materialı nə idi?

Təhsil naziri Emin Əmrullayev isə “Facebook” səhifəsində bildirib ki, 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq.

Nazir deyib ki, bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq: “Araşdırmaların nəticəsinə əsasən, növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”.

Bəs imtahanlara salınan sualların bu qədər gülünc və ədalətsiz olmasının günahı kimdədir? Sizcə Təhsil Nazirliyi bu tipli sualları testə salmaqla nəyə nail olmaq istəyir? Ümumiyyətlə Nazirlik suallar hazırlaya bilmirsə, imtahan keçirmələrini önəmi varmı?

MİQ-in keçirdiyi imtahanları PİA.az-ın əməkdaşı təhsil ekspertləri Kamran Əsədov və Elçin Əfəndi ilə müzakirə edib.

Belə tip suallarla heç vaxt orta ümumtəhsil məktəblərimizə lazım olan müəllimi seçə bilmədiyimizi düşünən ekspert əlavə edib ki, biz daha yaxşı müəllimi seçmək üçün məntiqi təfəkkürü, dünya görüşü yoxlayan suallar təqdim etməliyik:

“İlk növbədə onu qeyd edim ki, müəllimlərin işə qəbulu imtahanı son 12 il ərzində ölkə təhsilində şəffaf olaraq həyata keçirilən prosesdir. Məhz bu müsabiqə nəticəsində imtahan iştirakçıları hər hansı bir kənar müxadilə olmadan orta ümumiyyətlə müəssisələrində işə qəbul edilirdi.

Hesab edirəm ki, Azərbaycan təhsilinin inkişafında məhz müəllimlərin işə qəbulu imtahanının çox böyük rolu var. Çünki gənclər və savadlı şəxslər müsabiqə və müsahibə yolu ilə daxil olurlar. Mənə görə Azərbaycanda təhsil islahatlarının başında birinci müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada keçirilməsi gəlir. Ondan sonra isə birinci sinifə elektron qəbul olunması ölkə təhsilinin əlçatanlığına, inkişafına çox müsbət göstərən amillərdəndir.

Düşünürəm ki, biz burada bir neçə məqama diqqət yetirməliyik. Məsələ ondan ibarətdir ki, 2021-ci il müəllimlərin işə qəbulu imtahanında təqdim edilən test tapşırıqları ilə bağlı çox ciddi narahatlıqlar və narazılıqlar var. Riyaziyyat fənni ilə bağlı olan suallarda çox böyük narazılıqlar var idi. İbtidai sinif müəllimlərinin işə qəbulu testi isə çox asan idi. Azərbaycan dili və ədəbiyyat fənni üzrə təqdim edilən test tapşırıqlarında konkret olaraq bilik və bacarıqlar yox, yaddaşı yoxlayan test tapşırıqları idi.

Müəllimlərin işə qəbulu imtahanı elə bir imtahandır ki, burada təkcə bilikli yox, eyni zamanda psixoloji hazırlıqlı, metodiki baxımdan savadlı şəxslər seçilir, yoxlanılır. Müəllimlərin işə qəbulu imtahanında verilən suallar təsadüfi və təsadüfən seçilən suallar olmamalıdır. Buna görə də biz burada kiminsə təsadüfi nəticəsində suala düz cavab verməsini ölçməməliyik. Amma sualda konkret olaraq paltarın rənginin və materialının soruşulması bilik, bacarığın yoxlanılması test tapşırığı deyil. Həmçinin məntiqi yoxlayan da test tapşırığı deyil. Hesab edirəm ki, bu təsadüfən cavablandıra biləcək bir sualdır.

Belə tip suallarla biz heç vaxt orta ümumtəhsil məktəblərimizə lazım olan müəllimi seçə bilmərik. Biz daha yaxşı müəllimi seçmək üçün məntiqi təfəkkürü, dünya görüşü yoxlayan suallar təqdim etməliyik. Buna görə də bu tipli test tapşırığının təqdim edilməsini müsbət hesab etmirəm. Test tapşırıqları seçilərkən mütləq şəkildə tədris proqramında uyğunlaşma aparılmalıdır. Biz nəyi yoxladığımızı və nəyi ölçdüyümüzü bilməliyik.

Müəllimlərin işə qəbulu imtahanında məntiqdən test tapşırığı salınmamalıdır. Həmçinin düşünürəm ki, müəllimlərin test tapşırıqları və imtahanın keçirilməsi DİM-ə tapşırılmalıdır. Bu daha məqsədəuyğundur. Çünki Təhsil Nazirliyi əlavə yükdən xilas olar. Digər tərəfdən bu daha ədalətli olar. Müəllimlərin işə qəbulu imtahanında verilən suallar peşəkar sullar deyillər. Suallar çox bəsit olur.

Həmçinin müəllimlərin imtahanında kurikulumdan da suallar salınmamalıdır. Düşürəm ki, müəllimlərin əsas olaraq ixtisas biliklərini yoxlamaq lazımdır. Çünki bizə ixtisasını bilən müəllimlərin orta məktəbə getməsi lazımdır. Orta məktəbdə çox müəllim ixtisasını bilmir, yaxud da zəif bilir. Bunun nəticəsi olaraq da şagirdlər hazırlıq kurslarına gedirlər. Buna görə də yüksək səviyyədə ixtisas bilikləri olan müəllimlər seçilməlidir.

Son 3 ildə müəllimlərə təqdim edilən test tapşırıqları, imtahan təhlükəsizliyi ilə bağlı narahatlıqlar var. Bu narahatlıqlar aradan qaldırılmalıdır. Suallara daha peşəkar səviyyədə yanaşmaq lazımdır. Hesab edirəm ki, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat fənni ilə bağlı narazılıqda imtahan iştirakçıları tamamilə haqlıdırlar”.

Təhsil Nazirliyinin vahid ədəbiyyat siyahısının, vahid sual bazasının olmadığını nəzərə çayından təhsil eksperti PİA.az-a açıqlamasında bildirib ki, hərə gündə bir kitab çıxarıb hazırlaşanlara sırıyır. Ədalətsizlik və səhlənkarlıq hər imtahanda daha açıq hiss olunur:

“Müəllimlərin işə qəbulu imtahanında sullarla bağlı baş verən biabırçılığı nəzərə alaraq bir daha Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edirəm ki, bu səlahiyyət Təhsil Nazirliyindən alınaraq Dövlət İmtahan Mərkəzinə verilsin. Təhsil Nazirliyinin vahid ədəbiyyat siyahısı yoxdur. Vahid sual bazası yoxdur. Hərə gündə bir kitab çıxarıb hazırlaşanlara sırıyır. Ədalətsizlik və səhlənkarlıq hər imtahanda daha açıq hiss olunur.

Zatən öz verdiyi təhsilə inanmayıb bir də universiteti bitirəndən imtahan götürmək absurddu. Bunun üzərinə bir də anlaşılmayan, əlaqəsiz və dəxlisiz sualların salınması yolverilməzdir.

Gücü sualların çətinlik səviyyəsinin artırılmasına deyil, gizlədilmiş vakansiyaların üzə çıxarılmasına yönəltmək lazımdır. 50-60 min müəllim 6-7 min yerə qarşı mübarizə aparır deyə, ortaya çətin və gülünc suallar çıxarıb camaata “savadsız” damğasını vurmayın. Çünki o savadı ölkənin Ali təhsil müəssisələrində sizin proqram əsasında qazanırlar”.

Zəruri qeyd: Mövzu ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehova zəng etdik. Telefonumuza cavab verən Cəsarət Valehov günortaya qədər ekspertlərinin rəylərinin olacağını və ondan sonra sualımıza cavab verəcəyini bilirdisə də, sonradan zəngimizə cavab vermədi.



Paylaş:


Müəllif : Tarix:
26-07-2021, 10:31
Sikayət   


loading...
Загрузка...