reklam
Regionxeberlericom.az » Sosial » "Qarabağ" və "Neftçi" azarkeşləri AFFA-ya MÜRACİƏT ETDİLƏR

reklam

"Qarabağ" və "Neftçi" azarkeşləri AFFA-ya MÜRACİƏT ETDİLƏR



Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda mayın 19-u keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu öncəsi hər iki klubun ən böyük azarkeş qrubları sözügedən görüşə azarkeşlərin buraxılması üçün AFFA və PFL-ə müraciət ediblər.

Modern.az xəbər verir ki, "İmarət Tayfa" və "Forze Neftçi" özlərinin "Feysbuk" hesablarında yazıblar.

"Peşəkar Futbol Liqasından xahiş edirik ki, mövsümün son həlledici matçında stadiona məhdud sayda azarkeş buraxılması təmin olunsun!

PFL rəhbərliyinin mövsümün ən maraqlı matçının azarkeşsiz baş tutmaması üçün əlaqədar qurumlara müraciət etməsi labüddür!" - deyə "İmarət Tayfa"nın "Feysbuk" səhifəsində qeyd olunub.

"Forze Neftçi"nin isə "Feysbuk" səhifəsində bu sözlər yer alıb: "Başda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və digər aidiyyatı qurumlardan rica edirik ki, Azərbaycan Premyer Ligasının son turunda gerçəkləşəcək "Neftçi Bakı - Qarabağ" matçına azarkeşlər buraxılsın".


Paylaş:


Müəllif : Tarix:
15-05-2021, 11:40
Sikayət   


loading...
Загрузка...