reklam
Regionxeberlericom.az » Sosial » Deputat “uşaq pulu” verilməməsi üçün “səbəb” tapıb - Azərbaycan əhalisi qocalmır

reklam

Deputat “uşaq pulu” verilməməsi üçün “səbəb” tapıb - Azərbaycan əhalisi qocalmır



İlin əvvəlindən ölkə əhalisinin sayı 7994 nəfər və ya 0,1 faiz artaraq 2021-ci il mart ayının 1-i vəziyyətinə 10127127 nəfərə çatıb.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub. Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1002 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 20984 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,0 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır. 2021-ci ilin yanvar-fevral aylarında ölkədə 13338 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.

Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 395 nəfər gələn, Azərbaycandan isə 47 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə müsbət 348 nəfər təşkil edib.

Qeyd edək ki, “Moody`s” analitik agentliyinin yaydığı hesabatda bildirilir ki, növbəti beş ildə dünyada qlobal iqtisadi artım 5% azalacaq.

Məlumata əsasən, bunun səbəbi ABŞ və digər inkişaf etmiş ölkələrdə əhalinin azalmasıdır. Agentlik yaydığı hesabatda bildirir ki, dünyada ən "qoca" region Avropa olacaq. Bununla bərabər, ABŞ-da əmək qabiliyyətli əhalinin sayının yavaş templə artacağı qeyd olunub.

Növbəti 20 ildə əmək qabiliyyətli əhalinin artımının 50% zəifləyəcəyi deyilib.

Bəs Azərbaycanda əhalinin təbii artımı necədir? Əhali qocalırmı? Əgər qocalırsa, doğumu stimullaşdırmaq ücün “usaq pulu” verilməsinin zamanı catmayıb?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib ki, Azərbaycanda 65 və yuxarı yaşda əhalinin sayı 719,9 min nəfər təşkil edir:

"Bu, cəmi əhalinin 7,1%-ni təşkil edir. Deməli, əhalinin qocalmasından söhbət gedə bilməz. Nə qədər ki, doğulanların sayı ölənlərin sayını üstələyir, nə qədər ki, yeni əmək bazarına atılanların sayı pensiya yaşına çatanları üstələyir, demoqrafik qocalmadan söhbət gedə bilməz".

Millət vəkili qeyd edib ki, Azərbaycan dünyada əhalisi ən cavan olan ölkələrdən biridir.


Paylaş:


Müəllif : Tarix:
12-05-2021, 16:25
Sikayət   


loading...
Загрузка...