Poliklinikada pul yığılır? - Baş həkimdən AÇIQLAMA

Bakı şəhəri Xətai rayonunda yerləşən 9 saylı uşaq poliklinkasında həkimlərdən və digər tibb işçilərindən qanunsuz pul vəsaitinin yığılması ilə bağlı məlumat yayılıb.
regionxeberlericom.az-un Cebhe.info-a istinadən məlumatına görə, tibbi personaldan 50 manat miqdarında vəsait yığılır. Məlumatı verən mənbə bildirib ki, onlardan 3 manat “fond pulu”, 7 manat qəzetlərə abunə haqqı və 40 manat isə təmir pulu alınır. Hətta texniki personaldan da 15 manat vəsaitin yığıldığı bildirilir.
Məsələ ilə bağlı 9 saylı uşaq poliklinkasının baş həkimi Aida Hüseynzadə ilə əlaqə saxladıq. Baş həkim Cebhe.info-ya açıqlamasında bildirib ki, deyilənlər həqiqətəuyğun deyil, heç bir şəxsdən “fond pulu”, “qəzet pulu” və “təmir pulu” yığılmır: “Rəsmi şəkildə bildirirəm ki, heç bir tibbi personaldan fond, qəzet və təmir üçün pul yığmırıq”.
Aida Hüseynzadə qəzetlər üçün abunə pulunun yığıldığını deyib:
“İşçilərdən sadəcə abunə pulu yığılır ki, bu da dövlət tərəfindən tətbiq olunur. Doğrudur, abunə ilə bağlı pul yığırıq, amma ittihamlarda əks olunan qədər yox. Abunə pulu sadəcə 3-4 manat təşkil edir. Müəyyən qəzetlər var ki, biz onlara dövlət tapşırığı ilə yazılmalıyıq. Hər hansı bir şey sındıqda isə hər şəxs öz otağında təmizlik işi aparır və ona biz qarışmırıq”.
Baş həkim deyib ki, bununla bağlı şikayət edən şəxs onun özünə yaxınlaşıb iradını bildirə bilər:
“Bu ittihamı irəli sürən şəxslər mənə müraciət edib problemlərini bildirə bilərlər. Mən bu ittihamların heç birini qəbul etmirəm, bunlar tamamilə cəfəngiyyatdır. Məsələ kiməsə qaranlıq qalarsa, buyurub poliklinkaya gəlib işimizə baxa, vəziyyətlə tanış ola bilərlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-05-2019, 10:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-05-2019, 10:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:05
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib