Daha bir partiya qurultay keçirəcək: - Sədrliyə bir namizəd var

Demokratik Azərbaycan Dünyası Partiyası qurultaya hazırlaşır.
Cebhe.info-ya bu barədə partiyanın sədri Əlisahib Hüseynov açıqlama verib.
DADP sədri bildirib ki, partiyanın növbəti, 6-cı qurultayı avqustun 22-də keçiriləcək. Qurultayın vaxtı COVID-19 pandemiyası ilə əlaqədar karantin dövrünə təsadüf etdiyinə görə videokonfrans formatında keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq partiyanın IT qrupu artıq bir neçə müddətdir ki, hazırlıq işləri aparır.
Əlisahib Hüseynov bildirib ki, o, qurultayda hesabat məruzəsi ilə çıxış edəcək və ölkədəki mövcud ictimai-siyasi durum, siyasi islahatlar, yeni siyasi konfiqurasiyanın formalaşması, Dağlıq Qarabağ problemi, Türkiyə-Azərbaycan hərbi-siyasi əlaqələrinin genişlənməsi məsələlərinə münasibət bildirəcək, eləcə də partiyanın qarşısında duran vəzifələr barədə danışacaq.
Qurultay ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlər üzrə bəyanatlar, işçi sənədlər və Qətnamələr qəbul edəcək.
Qurultayda həmçinin təşkilati məsələlərə baxılacaq, partiyanın adının dəyişdirilməsi barədə qərar qəbul ediləcək, partiyanın Nizamnaməsi və rəmzləri ilə bağlı dəyişikliklər həyata keçiriləcək.
Partiyanın sədrliyinə namizədlərin irəli sürülməsi məsələsinə toxunan Əlisahib Hüseynov qeyd edib ki, hazırda yalnız bir nəfərin namizədliyi irəli sürülüb: "Mən öz namizədliyimi irəli sürməklə bağlı qərar vermişəm. Başqa namizədlər yoxdur".
Qeyd edək ki, DADP-nin bundan əvvəlki qurultayı 4 mart 2013-cü ildə keçirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-08-2020, 15:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-08-2020, 15:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39
11-09-2025, 20:43

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB