«Dədə-babadan bura örüş yeri olub» - İmişlidə NARAZILIQ

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi sakinləri yaşayış məntəqəsi ərazisində qazıntı işi aparılmasına etiraz edirlər. Onlar bildirirlər ki, yerin tərkində olan qum-çınqıl materiallarını çıxaran şirkətlər ərazidə çoxsaylı süni göl yaradıblar. Qazıntı işlərinin hazırda da davam etdiyini söyləyən sakinlər nə mal-qaralarını otarmağa yer tapa, nə də evdə rahat yaşaya bildiklərini söyləyirlər.
«Dədə-babadan bura örüş yeri olub»
Bəhrəmtəpə qəsəbəsinin sakini Qəhrəman Quliyev deyir ki, qazılan sahə örüş yeridir: «İslahatla adambaşına 30 sot pay torpağı düşüb. Orada yalnız ev heyvanları və quşları üçün yem bitkiləri yetişdiririk. Hamı qapısında mal-qara saxlayır. Dolanışacağımız bundan çıxır, başqa işimiz, gəlir yerimiz yoxdur. Heyvan saxlamaq üçün örüş lazımdır. Dədə-babadan mal-qaranı burada otarmışıq. Ümumi sahə 50 hektar idi. Onun bir hissəsini qazıblar. Son vaxtlar qalan yerləri də qazırlar».
«Bizə qalan problemlərdir»
Qəsəbənin başqa sakini Bayram Mirzəyev gileylənir ki, qazıntı işləri başqa problemlər də yaradır: «Yerin təkində qum-çınqıl olduğundan işbazlar bura daraşıblar. Ekskavatorla yeri qazıb, sərvəti maşınlara yükləyərək daşıyırlar. Bundan bir neçə adam fayda görür. Bizə qalan bu süni gölün problemləridir. Həyətlərimizdə quyular quruyub, ağaclar yanıb, torpaqlarımız münbitliyini itirir. Yük maşınlarının qaldırdığı tozdan qapı-bacada otura bilmirik. Maşınların uğultulusu bizi yatmağa qoymur».
«Şikayət edəndə bizi polislə hədələyirlər»
Sakin Eynulla Hüseynov iddia edir ki, qazıntı işi aparan şirkətlər yerin təkini qanunsuz istismar edirlər:
«Biz hansından soruşuruqsa, deyirlər, icazəni bələdiyyə sədri verib. Təbii ki, onun bu işdə şəxsi marağı var. Amma yer təkinin istismarı ilə bağlı bütün aidiyyəti dövlət orqanlarının icazəsi olmalıdır. Siz maraqlanın, görün şirkətlərdən hansısa birinin əlində bu işi görməyə hüquq verən sənədləri varmı, vergi ödəyirmi? Bu barədə şikayət edirik, bizi polislə hədələyirlər».
Sakinlər iddia edirlər ki, süni yaradılan göldə keçən il iki uşaq ölüb. Onlar həmçinin, ərazidə 300-dən artıq ağacın kəsildiyini deyirlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-04-2019, 10:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-04-2019, 10:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:05
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır