reklam
Regionxeberlericom.az » Sosial » Badamdarda yenə torpaq uçqunu gözlənilir - RƏSMİ XƏBƏRDARLIQ

reklam

Badamdarda yenə torpaq uçqunu gözlənilir - RƏSMİ XƏBƏRDARLIQ


“Badamdar qəsəbəsində baş verən torpaq uçqunu antropogen amillərin təsirindən olur. Uçqundan sonra asılı vəziyyətdə qalan topaq hissələri yağış yağanda halda təkrar qopub tökülə bilər”.

regionxeberlericom.az bildirir ki, bunu Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib.

Onun sözlərinə görə, əvvəllər də həmin kəsilmiş yamac bölgəsində torpaq uçqunu olub: “Ərazidə 3 fərdi yaşayış evinə gedən yol var. İki-üç gün əvvəl həmin yolun sol tərəfində texnika vasitəsilə müəyyən hamarlanma işləri aparıblar. Dünən axşam həmin yolun 20 metr boyunda yuxarıdan torpaq kütləsi qopub yolun üstünə tökülüb. Hazırda torpaq kütləsi yol ortüyünü bağlayıb. Bir yaşayış evinə gedən yol bağlanıb. Digər fərdi yaşayış evi isə zərər görüb. Uçan yamacda torpağın bəzi qrupları var ki, asılı vəziyyətdə qalıb. Yağış yağarsa, ordan düşə bilər”.

Nazirlik rəsmisi onu da bildirib ki, ərazidə müvafiq qurumlar işlər aparır.

Qeyd edək ki, fevralın 16-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, ev 179 C ünvanında torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində 1 ev zədələnib.


Paylaş:


Müəllif : Tarix:
17-02-2020, 13:07
Sikayət   


loading...
Загрузка...