“Azəri Xalı Xalça Yuma”dan BİABIRÇILIQ - FOTOFAKT
Quliyeva Nərmin Şərif qızının itkin düşməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Müəmalı itkini hər kəs çox diqqətlə izləyirdi. Nərminin azyaşlı və körpə olması insanları daha da həyacanlandırırdı. Hadisədən 47 gün keçəndən sonra hər kəs çox acı mənzərə ilə qarşılaşdı. Nərminin yandırılmış şəkildə ölü tapılması insanları hiddətləndirdi. İstər itkin düşdüyü dönəmdə, istərsə də meyitin tapılmasından sonra televiziyalar və sosial media qatilin tapılması və cəzalandırılması tələbinini irəli sürürdü.
Bu günlər ərzində elm xadimləri, siyasətçilər, mədəniyyət nümayəndələri, siravi insanlar bu günahsız körpənin ölümünə biganə yanaşmadılar. Xalq Nərmin üçün susma kampanıyasına qoşuldu. Meyit tapılandan sonra hamı qatilə ən ağır cəza verilməsi fonundan çıxış edirdi. Azyaşlı Nərminin vəhşicəsinə öldürülməsi cəmiyyətdə böyük sarsıntı yaşatdı.
Bu ölümdən pul qazanmaq istəyənlər də az olmadı. Sosial şəbəkə hesablarında Nərminin şəkillərini paylaşaraq üzərinə reklam və əlaqə nömrələri yerləşdirənlərin sayı kifayət qədər çoxdur. Müğənni Damla Nərminin qəbrini ziyarət etdiyini öz sosial hesabında yazdı və özünə qarşı nifrət oyatdı. İzləyicilər bunu “özünü reklam” kimi dəyərləndirərək etiraz etdilər. Bu ölüm hadisəsindən öz gəlir mənbəyi kimi istifadə edən şirkətlər də oldu. Bunlardan biri “Azəri Xalı Xalça Yuma”-dır. Şirkət müştəri cəlb etmək üçün Nərminin ölümündən istifadə edirdı. Cəmiyyətdə Nərminlə bağlı cinayət işi daha çox kütlə tərəfindən izlənildiyi üçün bu ucuz yola əl atıblar. Həmin şirkətin Facebook səhifəsinə nəzər saldıqda məlum oldu ki, səhifədə bu cür üsuldan çox istifadə olunub. Hətta milli qəhramanlarımız, şəhidlərimiz və qazilərimizin şəkillərindən də müştəri cəlb etmək üçün istifadə edilib.
Anews.az

Paylaş:
Müəllif : Yazar
Tarix:29-01-2020, 17:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-01-2020, 17:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:05
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır