reklam
Regionxeberlericom.az » İqtisadiyyat » İtaliya Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməyə çalışır

reklam

İtaliya Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməyə çalışır


"Bakının yaratdığı iqtisadi diversifikasiya perspektivləri İtaliyanın Azərbaycan ilə iqtisadi əməkdaşlığı daha da genişləndirmək istəyi ilə üst-üstə düşür".

İtaliyalı politoloq Dominiko Letisiya “Made in Italy” müəssisələr və məhsullar naziri Adolfo Ursonun Azərbaycana səfərini və 1280 MVt gücə malik, müstəqillik dövrünün ən böyük istilik elektrik stansiyasının təməlqoyma mərasimində iştirakını şərh edərkən deyib.

Səfər çərçivəsində İtaliyanın “Ansaldo Energia” şirkəti ilə Azərbaycanın “Azərenerji” şirkəti arasında Mingəçevir stansiyası üçün dörd kombinə edilmiş dövrəli qaz turbininin tədarükü haqqında müqavilə imzalanıb.

Ekspert İtaliya ilə Azərbaycanın bir çox birgə layihələr icra etdiklərini qeyd edib. Onun sözlərinə görə, Adolfo Ursonun da vurğuladığı kimi, “Azərbaycan çox maraqlı ölkədir, enerji problemlərini birlikdə aradan qaldırmaq və Moskvanın beynəlxalq hüququ davamlı şəkildə pozmasını mühakimə etmək məqsədilə dost ölkələr arasında diplomatiyanı “yenidən işə salmaq” üçün Bakı ilə təşəbbüsləri davam etdirmək son dərəcə vacibdir.

D.Letisiya əlavə edib ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad etdikdən sonra dağıdılmış şəhərləri, kəndləri, infrastrukturu fəal şəkildə bərpa edir.

"Azərbaycan Prezidenti İlham Əliyev bu əraziləri ən yaxşı texnologiyalardan və logistikadan istifadə etməklə bərpa etmək istəyir. Bu, İtaliya üçün çoxsaylı iqtisadi imkanlar yaradır.

“Made in Italy” və yüksək keyfiyyətli digər İtaliya məhsulları Azərbaycan üçün, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpası üçün faydalı olacaq”, - ekspert əlavə edib.

Politoloqun sözlərinə görə, İtaliya şirkətləri bu dinamikadan məmnundur. "Ümid edirik ki, bu cür təşəbbüslər iki dövlət arasında iqtisadi və mədəni diplomatiyanın daha da gücləndirilməsi üçün səmərəli olacaq", - o deyib.




Paylaş:


Müəllif : Tarix:
15-02-2023, 19:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər