Azərbaycanda kredit faizləri artacaq? - RƏSMİ AÇIQLAMA
Bankların cəlb etdikləri depozitlərə görə Mərkəzi Bankda saxlamalı olduğu məcburi ehtiyat faizi artırılıb. Məcburi ehtiyat norması milli valyutada depozitlər üzrə 4%-dən 5%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-dən 6%-ə qaldırılıb.
Bəs məcburi ehtiyat faizinin artması kredit faizlərinə necə təsir edəcək?
Məlumata görə, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildiriblər ki, Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarları ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda və məcburi ehtiyat normalarında dəyişikliklər Mərkəzi Bank tərəfindən pul təklifinin daha effektiv tənzimlənməsi, uçot dərəcəsi üzrə faiz dəhlizinin faizlərə təsirinin gücləndirilməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması, habelə de-dollarlaşma meyillərinin stimullaşdırılması məqsədilə edilib.
"Qiymətləndirmələrə görə məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektorunun xərclərinə əhəmiyyətli təsir etmir. Dəyişikliklərin manatla öhdəliklərin maya dəyərinə orta hesabla cəmisi 0.16%, xarici valyutada öhdəliklərin dəyərinə isə 0.01% təsir emək ehtimalı var, lakin Mərkəzi Bankın belə bir gözləntisi yoxdur", - deyə məlumatda qeyd edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-01-2023, 11:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”