reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Manat möhkəmlənir: Proses hara aparır? - GƏLİŞMƏ

reklam

Manat möhkəmlənir: Proses hara aparır? - GƏLİŞMƏ















Azərbaycan manatı 6%-dən çox möhkəmlənib.

Belə ki, manatın nominal effektiv məzənnəsinin 8 ayda 6.1% möhkəmlənməsi cari ildə inflyasiyaya məhdudlaşdırıcı təsir edən əsas amillərdən biri olub.

İyul və avqust aylarında bəzi tərəfdaşlarda milli valyutaların ucuzlaşması nominal effektiv məzənnəyə əlavə artırıcı təsir edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, pul siyasəti üzrə yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması həm cari dövrdə, həm də ortamüddətli dövrdə qiymət sabitliyinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Məlumata görə, sentyabrın 1-dən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılması gözlənildiyi kimi sterilizasiya əməliyyatlarının həcminin artması ilə müşayiət olunur.

Belə ki, bank sisteminin likvidlik mövqeyində struktur profisitinin mövcudluğu şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə, xüsusən də sterilizasiya yönümlü daimi imkanlar alətinə tələbat yüksəkdir. Sentyabr ayının 15-dən başlayaraq banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılmasına başlanılması da likvidliyin idarə olunması vasitəsilə inflyasiya proseslərinə azaldıcı təsir göstərir.

Hazırda 6%-dən çox möhkəmlənən Azərbaycan manatı hansı həddə qədər möhkəmlənə bilər və ölkə iqtisadiyyatına necə təsir edəcək? 

iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, manatın möhkəmlənməsi prosesi ilə bağlı onun şəffaf şəkildə əyarını bilmək üçün manat tam üzən məzənnə rejimində olmalıdır:

"Dünya bazarlarında, məsələn, ABŞ dolları aparıcı valyutalara qarşı indeksi, mövqeyi möhkəmlənir. Ancaq Azərbaycan manatı demək olar ki, eyni vəziyyətdə qalır. Doğrudur, makroiqtisadi göstəricilərimiz milli valyutanın dayanıqlılığına imkan yaradır.

Burada eyni zamanda idxal-ixrac əməliyyatları arasındakı müsbət saldo, digər tərəfdən büdcə xərclərində etalon və drayver hesab olunan neft qiymətlərinin səviyyəsi kifayət qədər dversifikasiya olunmuş səviyyədə götürülüb. Ancaq üzən məzənnə rejimində olmadığımız halda makroiqtisadi və sadalanan göstərilərə görə, manat öz dayanıqlılığını qoruyur və belə getsə qoruyacaq".




Paylaş:


Müəllif : Tarix:
19-09-2022, 09:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər