reklam
Regionxeberlericom.az » İdman » Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışın qalibi olub - FOTO

reklam

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışın qalibi olub - FOTO

















Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskva şəhərində atçılığın dresaj növü üzrə keçirilən “Maksima Masters” çempionatında qalib gəlib.

RegionXəbərləricom.az Oxu.az-a istinadən xəbər verir ki, dörd gün davam edən yarışda üç atla iştirak edən təmsilçimiz cavan atlar (beş - yeddi yaş) arasında təşkil olunan turda dörd qızıl, böyük atlar arasında turda (“Qızıl Tur”) isə iki qızıl və bir bürünc medala sahib çıxıb.

Yekun nəticələrə əsasən, Azərbaycan MDB dövlətləri arasında “Maksima Masters” çempionatı tarixində cavan atlar arasında keçirilən yarışlar üzrə ən yüksək qiymətə layiq görülən ilk ölkə, A.Əlibəyov isə ilk idmançı olub.

Komandanın digər üzvü Aqata Zəhrabəyova isə Almaniyanın Troysdorf şəhərində ponilər arasında keçirilən beynəlxalq yarışda 69.7 % göstərici ilə ikinci yeri tutub.

Qeyd edək ki, atçılığın dresaj növü üzrə ilk milli komanda Azərbaycan Atçılıq Federasiyasının dəstəyi və təşəbbüsü ilə 2023-cü ildə yaradılıb. Yığmanın əsas məqsədi 2028-ci ildə ABŞ-ın Los-Anceles ştatında keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunlarına vəsiqə qazanaraq ölkəni layiqincə təmsil etməkdir.





Paylaş:


Müəllif : Tarix:
8-04-2024, 21:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər