reklam
Regionxeberlericom.az » İdman » “Qarabağ” 9 pillə irəlilədi – Klubların dünya reytinqi

reklam

“Qarabağ” 9 pillə irəlilədi – Klubların dünya reytinqi


















Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini açıqlayıb.

Siyahı təşkilatın rəsmi saytında dərc olunub.

Təmsilçimiz “Qarabağ” 9 pillə irəliləyib 61-ci pilləyə yüksəlib. “Köhlən atlar”ın aktivində hazırda 164,75 xal var.

Ölkəmizdə də əhəmiyyətli azarkeşi olan Türkiyə klublarından “Fənərbağça” 208,5 xalla 18-ci “Qalatasaray” isə 200 xalla 26-cı yerdə qərarlaşıblar.

Qeyd edək ki, siyahıya 385 xalla İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” liderlik edir. İspaniya təmsilçisi “Real Madrid” (313 xal) ikinci, İtaliya təmsilçisi “İnter” (307 xal) isə üçüncü yerdədir.




Paylaş:


Müəllif : Tarix:
10-03-2024, 15:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər