reklam
Regionxeberlericom.az » İdman » 2023-cü ilin ən yaxşı futbolçuları açıqlandı

reklam

2023-cü ilin ən yaxşı futbolçuları açıqlandı


















Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ilin ən yaxşı futbolçularının reytinqini təqdim edib.

Siyahı təşkilatın veb-saytında dərc edilib.

Reytinqdə birinci yerdə “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holan qərarlaşıb. “Pari Sen Jermen”in fransız hücumçusu Kilian Mbappe isə siyahıda ikinci olub. İlk 3-lüyü “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi tamamlayıb.

Rodriqo Ernandes (İspaniya, “Mançester Siti”) dördüncü, Cud Bellinqem (İngiltərə, “Real Madrid”) beşinci, Kevin de Breyne (Belçika, “Mançester Siti”) altıncı, Harri Keyn (İngiltərə, “Bayern Münxen”) yeddinci, Bernardo Silva (Portuqaliya, “Mançester Siti”) səkkizinci, Vinisius Junior (Braziliya, “Real”) doqquzuncu, Lautaro Martines isə (Argentina, “İnter” Milan) onuncu yeri tutub.

Qeyd edək ki, dekabrın 22-də “Mançester Siti” 2023-cü il Klublararası Dünya Çempionatının finalında “Fluminense”ni məğlub edib. Bu, “şəhərlilərin” bu turnirdə ilk qələbəsidir. 2023-cü ilin iyununda isə Xosep Qvardiolanın yetirmələri final oyununda “İnter”i 1:0 hesabı ilə məğlub edərək ilk dəfə Çempionlar Liqasının qalibi oldular.




Paylaş:


Müəllif : Tarix:
27-12-2023, 10:16
Sikayət   


loading...
Загрузка...