reklam
Regionxeberlericom.az » İdman » Futbolçular arasında DAVA: məşhur hücumçu döyüldü

reklam

Futbolçular arasında DAVA: məşhur hücumçu döyüldü

Cənubi Koreyalı futbolçular Son Hın Min və Li Kanq İn Asiya Kubokunda İordaniya ilə yarımfinal ərəfəsində dava ediblər.

Xarici media  xəbər verir ki, Asiya Kubokunun yarımfinal matçından əvvəl Cənubi Koreya millisinin bir neçə futbolçusu stolüstü tennis oynamaq üçün komandanın şam yeməyini erkən tərk edib. “Tottenhem”in oyunçusu olan Son Hın Min bunu bəyənməyib və geri qayıtmalarını istəyib. Lakin buna cavab olaraq gənc futbolçular ona qarşı kobud davranıb və nəticədə əlbəyaxa dava olub. Onları ayırmaq istəyən futbolçular arasında PSJ-nin yarımmüdafiəçisi Li Kanq İn də olub.

Hadisə nəticəsində “Tottenhem”in futbolçusunun barmağı yerindən çıxıb və bu səbəbdən futbolçu Asiya Kubokunun yarımfinalına iki barmağındakı braketlə qatılmalı olub.

Asiya kubokunun yarımfinalında Cənubi Koreya yığması İordaniyaya 0:2 hesabı ilə uduzub. Finalda turnirin ev sahibi Qətər millisi iordaniyalılara 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Qətər millisi ardıcıl ikinci Asiya kubokunun finalına yüksəlib. 2019-cu ildə komanda Yaponiya komandasını 3:1 hesabı ilə inamla məğlub edərək, ilk belə kubokunu qazanıb.







Paylaş:


Müəllif : Tarix:
15-02-2024, 12:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər