reklam
Regionxeberlericom.az » İdman » Azərbaycan qılıncoynadanı Qran-pridə hakim idarəçiliyindən narazı qalıb

reklam

Azərbaycan qılıncoynadanı Qran-pridə hakim idarəçiliyindən narazı qalıb


Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan millisinin üzvü Anna Başta Tunisdə keçirilən Qran-pridə hakim idarəçiliyindən narazı qalıb.

Bu barədə “Report”a 27 yaşlı idmançı açıqlama verib.

O, macar Luca Szucsa (14:15) 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə uduzması barədə danışıb:

“Komanda yoldaşlarım, məşqçim mənə çox dəstək olurdular. Son zərbəni vurdum. Artıq hamı qələbəyə sevinirdi, hər şey əla idi. Sonra isə hakim qaydalara əsasən, hesab 14:14 olduğuna görə videotəkrara baxmalıdır. O, rəqibin lehinə qərar verdi. Macarlar birdən sevinməyə başladılar. Baxmayaraq ki, bundan əvvəl çox əsəbi idilər. Bu yarışı izləyənlər, digər yığmaların nümayəndələri - hər kəs xalın mənə verilməli olduğunu bildirdi. Bütün komanda yoldaşlarım da mənə görə üzgün idilər”.

A.Başta qərara məşqçisinin də təəccübləndiyini söyləyib:

“Çünki bundan əvvəl yüksək kateqoriyaya malik referinin yaxşı olduğunu düşünmüşdülər. Amma məlum oldu ki, belə deyil. Olimpiadaya təsnifat xarakterli üç Qran-primiz var idi. Artıq hamısı bitib. Onlar şəxsi yarış üçün vacibdir. Seulda ilk dördlüyə düşmək alınmadı. Digər turnirdə Fransadan olan Sesiliya Berderin taktikasına görə uduzdum. Orada heç bir sual yox idi. İndi isə daha yaxşı formadayam”.

2022-ci ildə Avropa çempionu olan təcrübəli qılıncoynadan Tunisdə üzləşdiklərinin onlara böyük zərbə olduğunu sözlərinə əlavə edib:

“Artıq bunu unutmalıyıq. Bir neçə gün fasiləmiz olacaq və ardınca toplanışa gedəcəyik. Videoları izləyəcəyik və görüşlərimizi təhlil edəcəyik”.

İdmançı Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq ehtimalına da toxunub:

“Qarşıda bizi çox çətin döyüşlər gözləyir. Növbəti turnirdə ən azı səkkizliyə düşməliyik. Şanslarımız var. Hamı olimpiadaya getmək istəyir və bunun üçün həvəslidir. Qatılacağım son üç yarış da lisenziya xarakterlidir. Nəticənin necə olacağını görəcəyik. Komanda şəklində də vəsiqə qazanmaq şansımız var”.




Paylaş:


Müəllif : Tarix:
16-01-2024, 16:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər