reklam
Regionxeberlericom.az » İdman » Çin Futbol Assosiasiyası Ramil Şeydayevin dava etdiyi oyunla bağlı bəyanat yaydı

reklam

Çin Futbol Assosiasiyası Ramil Şeydayevin dava etdiyi oyunla bağlı bəyanat yaydı


















Çin Futbol Assosiasiyası (CFA) Asiya Çempionlar Liqasında "Çjetszyan Professional” və Tailandın “Buriram Yunayted” komandalarının oyunu zamanı qeydə alınmış insidentlə bağlı bəyanat yayıb.

Matçın final fitindən sonra futbolçular arasında baş vermiş kütləvi dava kəskin pislənib.

“Futbol meydanlarında zorakılıq hərəkətləri idman prinsiplərinə ziddir. Bu cür hallar sağlam rəqabətə təsir edir və tamaşaçılarda pis təəssürat yaradır. CFA meydanlarda baş verən bütün zorakılıqları qətiyyətlə pisləyir. Asiya Futbol Konfederasiyasına (AFC) insidentin araşdırılmasında və ədalətli həllində kömək edəcəyik. Çin Futbol Assosiasiyası bütün yerli klublara nəzarət edir. Çin futbol komandaları beynəlxalq və yerli yarışların qaydalarına ciddi şəkildə əməl etməli, hakimə, tamaşaçılara və rəqiblərə hörmətlə yanaşmalıdır”, - bəyanatda bildirilib.

Qeyd edək ki, “Buriram Yunayted” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev də həmin hadisənin iştirakçısı olub və rəqib futbolçuların hücumuna məruz qalıb.




Paylaş:


Müəllif : Tarix:
2-12-2023, 14:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər