Nicat Hüseynov ikiqat Avropa çempionu oldu
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final döyüşləri keçirilib.
Həlledici mərhələdə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.
Yığmamızın lideri Nicat Hüseynov (51 kq) finalda Ermənistan təmsilçisi Rudolf Qarboyanla döyüşüb. Boksçumuz rəqibinə heç bir şans verməyib. Hər 5 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb. O, bununla da titulunu qoruyaraq ardıcıl ikinci dəfə Avropa çempionu olub və Budvada Azərbaycan himnini səsləndirib.
57 kq çəkidə Əzrək Bəbirov isə yarışı gümüş medalla başa vurub.
Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 5 medalla başa vurub. Komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata yiyələnib. Millimizə bürünc medalları Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) qazandırıb.
Qeyd edək ki, 1 il öncə Xorvatiyada yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-11-2023, 21:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Əslində fransızlar Azərbaycana qarşı DÖYÜŞÇÜ HAZIRLAYIR... - Nə nala vurun, nə də mıxa...

"7 baçının 1 şəhid qardaşı...Şəhid analarını sahibsiz görüblər?" - Şəhid anasına hücüm edən maskalı şərəsizlər... Təfərrüat

Muxtar Babayevin diqqətinə: Direktor Yardımlı meşələrində baş verən yaşıl soyqırımı belə gizlədir (VİDEO)

Aşıqbayram su anbarı meliorasiya idarəsinin rəisi Elşad Quliyevin şəxsi obyektinə çevrilib?