reklam
Regionxeberlericom.az » İdman » Benzema ilə yola getməyən baş məşqçi qovuldu

reklam

Benzema ilə yola getməyən baş məşqçi qovuldu
















Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçi Nuno Espirito Santo ilə yollarını ayırıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı mütəxəssislə müqaviləyə xitam verilib.

The Alteletic"in yaydığı xəbər görə, Espiritonun qovulmasına səbəb təkcə komandanın uğursuz çıxışları deyil. Kapitan Kərim Benzema ilə münaqişə yaşayan mütəxəssis buna görə komandadan göndərilib. 

Mənbənin məlumatına görə, "Əl-İttihad" Asiya Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Əl-Quva”ya (İraq) uduzduqdan sonra Espirito ilə Benzema arasında mübahisə olub. Hətta onlar bir-birinə qarşı təhqiramiz ifadələr işlədiblər.

Benzemanın nüfuzunu daha üstün tutan klub rəhbərliyi həm bu durumu, həm də komandanən uğursuz çıxışlarını nəzərə alaraq baş məşqi ilə yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, 49 yaşlı Nuno Espiritio  2022-ci ilin iyulundan “Əl-İttihad”ı çalışdırırdı. O, komandası ilə o, Səudiyyə Ərəbistanı çempionu (2022/2023) və ölkə superkubokunun qalibi (2023) olub. 




Paylaş:


Müəllif : Tarix:
8-11-2023, 11:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər