reklam
Regionxeberlericom.az » İdman » Avarçəkmə üzrə “Mingəçevir reqatası” başa çatdı - Fotolar

reklam

Avarçəkmə üzrə “Mingəçevir reqatası” başa çatdı - Fotolar
















Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Mingəçevir reqatası-2023” beynəlxalq turniri başa çatıb.

8 ölkədən 14 komandanın iştirakı ilə təşkil edilən reqatada Azərbaycan komandası ümumilikdə 20 medal qazanıb. Onlardan 8 qızıl, 4 gümüş, 8-i isə bürünc əyarlıdır.

Həmçinin komanda hesabında qazanılan medal nisbətinə görə Azərbaycan kayak və kanoe növündə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin kubokuna sahib olub. Akademik avarçəkmədə isə kubok Gürcüstan komandasına təqdim edilib.

Qeyd edək ki, “Mingəçevir reqatası” ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.





Paylaş:


Müəllif : Tarix:
28-10-2023, 13:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər