reklam
Regionxeberlericom.az » İdman » Əliyar Ağayev Avropa çempionatının açılış oyununu idarə edəcək

reklam

Əliyar Ağayev Avropa çempionatının açılış oyununu idarə edəcək


Azərbaycanın FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının açılış oyununu idarə edəcək.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, o, iyunun 21-də Gürcüstanın paytaxtı Tbilisidəki Mesxi stadionunda Belçika və Niderland yığmalarının matçında iş başında olacaq.

Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaqlar.

Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdikləri UEFA U-21 Avropa çempionatının final qarşılaşması 9 iyulda keçiriləcək.




Paylaş:


Müəllif : Tarix:
19-06-2023, 18:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər