reklam
Regionxeberlericom.az » İdman » Zidan PSJ-dən imtina etdi

reklam

Zidan PSJ-dən imtina etdi


Zinəddin Zidan PSJ-nin baş məşqçisi olmaq təklifini rədd edib.

Xarici medianın xəbərinə görə, daha əvvəl PSJ-nin Kristof Qaltyeni baş məşqçi postundan qovduğu bildirilirdi.

“Le Parisien”in məlumatına görə, bir neçə həftə əvvəl PSJ Zidana gələn mövsüm komandaya rəhbərlik etməyi təklif etsə də, fransız bu təklifi rədd edib. Daha əvvəl PSJ-nin Zidanı dünyanın ən yüksək maaşlı məşqçilərindən birinə çevirməyi planlaşdırdığı bildirilirdi.

PSJ-nin futbol müşaviri Luis Kamposun Parisdə "Bavariya"nın keçmiş çalışdırıcısı Julian Naqelsmannın nümayəndəsi ilə görüşdüyü də bildirilir. Görüşdə almaniyalı mütəxəssislə mümkün əməkdaşlığın detalları müzakirə olunub.

Bundan əlavə, PSJ İspaniya millisinin keçmiş baş məşqçisi Luis Enrike və “Bayer”də işləyən Xabi Alonsonun namizədliklərini nəzərdən keçirir.





Paylaş:


Müəllif : Tarix:
8-06-2023, 17:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər