reklam
Regionxeberlericom.az » İdman » Transfer məsələsində razılığa gəldilər

reklam

Transfer məsələsində razılığa gəldilər


Cud Bellinqem bu yay “Real”a keçəcək. 

Xarici medianın xəbərinə görə, bunu jurnalist Nikolo Skira iddia edir.

Tanınmış insayderin sözlərinə görə, “Kral klubu” ingiltərəli futbolçunun transferi ilə bağlı Dortmund “Borussiya”sı ilə anlaşıb.

İspaniya nəhəngi futbolçu üçün 100 milyon avro ödəyəcək. Bundan əlavə, Almaniya klubu çoxlu bonuslar alacaq. Lakin onların dəqiq məbləği hələ açıqlanmayıb.

İngilis futbolçunun müqaviləsi 2029-cu ilin yayına qədər davam edəcək. İlkin məlumatlara görə, onun məvacibi vergilərlə birgə 20 milyon avroya yaxın olacaq.

Qeyd edək ki, bu mövsüm 19 yaşlı yarımmüdafiəçi "Borussiya"nın heyətində 42 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə edib.





Paylaş:


Müəllif : Tarix:
22-05-2023, 17:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər